Monteneqronun Prezidenti zati-aliləricənab
Filip Vuyanoviçə
Hörmətli
cənab Prezident!
Ölkənizin
milli bayramı - Dövlətçilik Günü münasibətilə
Sizi və bütün xalqınızı öz adımdan və
Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram
ki, Azərbaycan ilə Monteneqro arasındakı dostluq və əməkdaşlıq
münasibətləri xalqlarımızın mənafelərinə
uyğun olaraq bundan sonra da inkişaf edəcək və
möhkəmlənəcəkdir.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, dost xalqınıza sülh və
rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 25 iyun 2011-ci il
Azərbaycan.- 2011.- 13 iyul.- S.1.