Nazirlər
Kabineti yeni qərarlar qəbul etmişdir
Nazirlər Kabineti iyul ayında yeni qərarlar
qəbul etmişdir.
"Azərbaycan
Milli Elmlər Akademiyasının tabeliyində
olan, dövlət büdcəsindən
maliyyələşdirilən elm və
elmi-tədqiqat müəssisələrində
çalışan işçilərin əməkhaqlarının
artırılması haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 27 aprel tarixli
Sərəncamının 2-ci hissəsinə əsasən,
Nazirlər Kabineti özünün
"Dövlət büdcəsindən maliyyələşdirilən
sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə
müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi
haqqında" 2010-cu il 27 sentyabr
tarixli qərarında dəyişiklik
edilməsi haqqında qərar qəbul etmişdir.
Qərar
mayın 1-dən qüvvəyə minmişdir.
"Azərbaycan
Respublikasının Ailə Məcəlləsinə əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikasının
2010-cu il 31 may tarixli 1016-IIIQD nömrəli Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli
Fərmanının 1.4-cü bəndinə əsasən,
Nazirlər Kabineti özünün
2003-cü il 31 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişikliklər
edilməsi barədə qərar qəbul etmişdir.
"Bir sıra mərkəzi icra
hakimiyyəti orqanlarının strukturlarının təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli Sərəncamının
14.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Nazirlər Kabineti "Azərbaycan
Respublikası Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı"nın təsdiq edilməsi haqqında qərar
qəbul etmişdir.
Hər iki qərar iyulun 5-dən
qüvvəyə minmişdir.
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin dördüncü abzasına əsasən və
İqtisadi İnkişaf,
Maliyyə, Kənd Təsərrüfatı və Fövqəladə
Hallar nazirliklərinin rəylərini nəzərə
alaraq Nazirlər Kabineti
"Azərbaycan Respublikasının ərazisinə gətirilən,
əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli
11 nömrəli qərarına əlavələr edilməsi
barədə" özünün 2010-cu il 3 dekabr tarixli
qərarında dəyişiklik edilməsi haqqında qərar
qəbul etmişdir.
Qərar iyulun 8-dən qüvvəyə minmişdir.
"Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə
əlavələr və dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli
196-IIIQD nömrəli Qanununun tətbiq
edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 dekabr tarixli Fərmanının
2.1-ci bəndinə əsasən,
Nazirlər Kabineti "Azərbaycan
Respublikasının yanacaqdoldurma məntəqələrində
nəzarət-kassa aparatlarının tətbiqi
haqqında" qərar qəbul etmişdir.
Qərar iyulun 11-dən qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a
verilən məlumata görə, bu qərarların
tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az
ünvanlı internet saytında və Azərbaycan
Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.
AzərTAc
Azərbaycan.- 2011.- 13 iyul.- S.7.