Füzuli rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 16 min nəfər
əhalinin yaşadığı 8 yaşayış məntəqəsini
birləşdirən Əhmədbəyli-Alxanlı-Zobucuq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan
Respublikasının 2011-ci il dövlət
büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə kəndlərarası
avtomobil yollarının tikintisi
və yenidən qurulması üçün
nəzərdə tutulmuş vəsaitin
7,0 (yeddi) milyon
manatı Füzuli Rayon
İcra Hakimiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan
məbləğdə maliyyələşməni müəyyən
olunmuş qaydada təmin
etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan
irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 iyul 2011-ci il
Azərbaycan.- 2011.- 14 iyul.-
S.1.