Fransa Respublikasının
Prezidenti zati-aliləri
cənab Nikola Sarkoziyə
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Bastiliyanın alınması
günü münasibətilə
Sizi və Sizin simanızda
bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Biz dost ölkələrimiz
arasında bərqərar
olmuş çoxşaxəli
əlaqələrin inkişafına
böyük əhəmiyyət
veririk. Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi
siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə
sıx əməkdaşlığımız
ilə müşayiət
olunur.
Bu gün Azərbaycan-Fransa əməkdaşlığı,
həmçinin çoxtərəfli
qaydada inkişaf etməkdədir. Beynəlxalq qurumlar,
Avropa strukturları çərçivəsində birgə işimiz ölkələrimiz arasındakı
münasibətlərin dolğunluğunu
təmin edən amillərdəndir.
Biz eyni zamanda
xalqımızın ən
ağrılı problemi
olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq
hüquq normaları əsasında sülh yolu ilə, tezliklə və ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun
həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük
ümidlər bəsləyirik.
Belə bir
əlamətdar gündə
Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar,
dost Fransa xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 25 iyun 2011-ci il
Azərbaycan.- 2011.- 14 iyul.-
S.1.