Əfqanıstan İslam
Respublikasının Prezidenti zati-aliləri
cənab Həmid Kərzaiyə
Hörmətli cənab Prezident!
Qardaşınız Əhməd Vali Kərzainin
qətli xəbərindən son dərəcə kədərləndim.
Bu ağır itki ilə əlaqədar
dərdinizi bölüşür, Sizə, ailənizin
bütün üzvlərinə səbir diləyir, dərin
hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 13 iyul 2011-ci il
Azərbaycan.- 2011.- 14 iyul.-
S.1.