Azərbaycan Prezidenti İlham Əliyev "bp-Azərbaycan" şirkətinin rəhbəri Rəşid Cavanşiri qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də "bp-Azərbaycan" şirkətinin rəhbəri Rəşid Cavanşiri qəbul etmişdir.

bp ilə Azərbaycan arasında uzun illər davam edən uğurlu əməkdaşlığın önəmini qeyd edən Prezident İlham Əliyev bu əməkdaşlığın qarşılıqlı etimad prinsipinə əsaslandığını vurğuladı. Dövlət başçısı ötən dövr ərzində bp ilə birgə həyata keçirilən layihələrin dünya miqyasında tanındığını bildirərək bu əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini söylədi.

Rəşid Cavanşiri yubileyi münasibətilə təbrik edən Prezident İlham Əliyev Azərbaycan neft sənayesinin inkişafındakı xidmətlərinə görə onun ölkəmizin ən yüksək dövlət mükafatlarından olan "Şöhrət" ordeninə layiq görüldüyünü bildirdiordeni yubilyara təqdim etdi.

bp-nin Azərbaycanda həyata keçirdiyi layihələrin böyük əhəmiyyətindən danışan Rəşid Cavanşir bp-Azərbaycan əməkdaşlığının strateji xarakter daşıdığını vurğuladı və təmsil etdiyi şirkətin ölkəmizdəki fəaliyyətinə Prezident İlham Əliyevin verdiyi dəstəyi yüksək dəyərləndirdi. O, Azərbaycan Respublikasının yüksək mükafatı ilə təltif olunmasına görə dövlət başçısına minnətdarlığını bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-15 iyul.- S. 2.