R.C.Cavanşirin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara
alıram:
Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə
görə Rəşid Cəmil oğlu Cavanşir
"Şöhrət" ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2011-ci il
Azərbaycan.- 2011.- 15 iyul.- S. 2.