Uşaq
qatilləri məsum qanı tökməkdən usanmır
Onları haqlı olaraq mələklər, Yer
üzünün ən sevimli varlıqları
adlandırırlar. Dahi Dostoyevski isə uşaqları
dünyanın ən böyük səadəti sayır.
Onlarsız həyatın sevinci, insanlığın gələcəyi
yoxdur! Dünyanın hər zaman ən məsum,
günahsız varlıqları də məhz uşaqlar olub. Hər
bir ailənin xoşbəxtlik timsalı, dünyanın
sülh rəmzi yenə onlardır. Amma bu xoşbəxtliyə
göz qırpmadan qıyanlar, dünyanın sülh rəmzinə
qanlı əllərini tərəddüd etmədən
uzadanlar da var! İnsan adını daşımağa layiq
olmayan bu cür bədxahlar balaca mələkləri -
uşaqları həyat eşqini, sevincini, kədərini
duymadan işıqlı dünyaya həsrət qoymaqla, bu məsumları
qətlə yetirməklə təkcə insanlığa yox,
Tanrıya qarşı da çıxmış olurlar! Necə
ki, yalnız bioloji baxımdan insan adı daşımağa
layiq olan ermənilər bunu edir.
Dünyanın ən qəddar
yırtıcıları belə uşaqlarla xislətlərinə
uyğun olmayaraq mülayim davranır. Az olub ki, dünyanın
keçilməz cəngəlliklərində ən qəddar
yırtıcı belə rastlaşdığı
uşağı parçalamaq əvəzinə, ölümdən
xilas edib, südü ilə böyüdüb? Amma ən vəhşi
heyvanlarda olan bu nəcibliyə damarında erməni faşistlərinin
qanı axan kəsdə rast gəlmək mümkün deyil!
Onlar daha çox azərbaycanlı uşaqları qətlə
yetirməyə, bunun üçün ən ağlagəlməz
hiylələrdən istifadə etməyə can atırlar. Təəssüf
ki, müəyyən hallarda istəklərinə də
çatırlar! Tovuz rayonunun Ermənistanla həmsərhəd
olan Əlibəyli kəndində olduğu kimi.
Ən çirkin, mənfur adları
daşımağa layiq olan erməni cəlladlarının
amansızlığı, iblisliyi, alçaqlığı
burada daha bir 13 yaşlı uşağın həyatına son
qoyub! Ermənilərin əl işi olan partlayıcı
qurğunun işə düşməsi nəticəsində
1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin
qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü
Şahmalıyeva Elnarə Məmmədtağı qızı
isə bədəninin bud nahiyəsindən xəsarət
alaraq yaralanıb.
Məlumata görə,
partlayıcı qurğu
quraşdırılmış "itəbənzər" uşaq oyuncağı Ermənistan tərəfindən
Əlibəyli kəndinə daxil olan Tovuz çayına
buraxılıb. Həmin ərazidə oynayan
Cəfərov Elsəvər Həsən oğlu
və Şahmalıyeva Aygün Zirəddin
qızı oyuncağı taparaq Cəfərov
Həsənin evinə gətiriblər. Evdə oynayan zaman A.
Şahmalıyeva oyuncağı masanın üstünə vurub, nəticədə partlayış baş verib. Onu da qeyd
edək ki, Şahmalıyevlər ailəsi
Rusiyanın Sankt-Peterburq şəhərində
yaşayır. Ailə üzvləri Əlibəyli kəndinə
qohumlarının yanına qonaq gəliblər.
Amma bu səfər mənfurlara
görə belə bir faciənin
yaşanması ilə ömür boyu balaca Aygünün
valideynlərinin, yaxınlarının yaddaşında dəhşət
və qanlı bir olay
kimi qalacaq. Onları hər
zaman bu sual düşündürəcək,
ağrıdacaq ki axı bu
məsum qızcığazın günahı nə idi? Axı o kiməsə,
hətta onu qətlə yetirən erməni
murdarlarına heç bir
pislik etməmişdir! Amma
həmin rəzillər balaca, məsum bir uşağın həyat
işığını söndürməkdən çəkinmədilər.
Uşaq qatili olmaqları
ilə heç şübhəsiz ki, əvvəlki kimi
öyündülər, halay vurdular! Görəsən, bu
xislət daşıyıcılarına hansı ad qoymaq mümkündür?
Çünki onlar
dünyanın ən aşağılayıcı sözlərinə
belə layiq deyillər.
Ermənilərin yeni qaydada uşaq
qatilinə çevrilmələri əslində təzə
hadisə də deyil. Xatırlatmaq yerinə
düşərdi ki, 1994-cü ildə həmin
ərazidə analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən
çaya buraxılan oyuncağı
götürərkən partlayış baş
verməsi nəticəsində iki
azyaşlı uşaq həlak olmuş, biri isə
yaralanmışdı. Bir Allah
bilir ki, ermənilər
indiyə kimi nə qədər içinə
bomba yerləşdirilmiş uşaq oyuncaqları hazırlayaraq çaylarımıza
axıdıblar. Nə yaxşı ki,
onların hamısı nəzərdə tutulan
bədxah niyyətin reallaşmasına gətirib
çıxarmayıb. Amma yazıqlar ki, bu yolla
erməni cəlladları bəzən gələcəyimiz olan uşaqların qətlinə müyəssər
olurlar!
Uşaqların
bu formada qətlə
yetirilməsi isə ermənilərin körpələri bilərəkdən
hədəfə almasının ən bariz
sübutudur. Çünki
bu bədxahlar da bilir ki, oyuncağa
böyük yox, məhz
uşaq maraq göstərəcək. Məhz uşaq düşünmədən, içində
ölüm gizlənən hansısa oyuncaqda olan təhlükəyə
varmadan onu
götürəcək! Budur alçaq erməni xisləti! Budur
erməni mənfurluğu! Budur erməni mənəviyyatsızlığı!
Budur erməninin iç
üzü! Budur erməninin
əsl mahiyyəti!
Erməni vandalizminin,
vəhşiliyinin hədəfində uşaqların xüsusi yer
almasını göstərən daha bir faktın tarixi isə çox da uzağı əhatə
etmir. Bu ilin martın 8-də cəbhə
xətti yaxınlığında yerləşən Orta Qərvənd kənd sakini
Fariz Bədəlov da
erməni cəlladının gülləsinə tuş gəldi. 9 yaşlı bu
uşağı həyətdə oynayarkən erməni snayperi tərəddüd etmədən başından
güllələdi. Özü də
qarşısındakının məsum bir
uşaq olduğunu bilə-bilə!
Erməni qatili snayperinin
optik nişangahı ilə əslində çox aydın şəkildə hədəfinin
uşaq olduğunu görürdü. Amma bu, onun silahının tətiyini
çəkməsinə mane olmadı!
Açdığı atəş daha bir insanlıq gülünü
açmadan soldurdu!
Baş verən qətllər
yenidən tarixi göz
önündə canlandırır. Dəfələrlə
xalqımıza qarşı soyqırımıları törədən
ermənilər hər zaman uşaqları
da əsas hədəfləri olaraq görüblər. Özü
də böyüklər kimi bu uşaqlar da min bir
vəhşiliklə qətlə yetiriliblər. Hətta işıqlı dünyanı görməyən
körpələr elə analarının bətnində
süngüyə keçiriliblər, süngü
ilə yarılaraq çıxarılıblar, diri-diri
yandırılıblar, parça-parça
edilərək ətlərini, sümüklərini itlərə
atıblar. Ötən əsrin 90-cı illərindən
etibarən Azərbaycan ərazilərini yağmalamağa
başlayanda ermənilər
uşaqları eyni qaydada
öldürməyə davam ediblər. Onları divarlara mismarlamaqla
qətlə yetiriblər, bədən əzalarını kəsməklə
necə can vermələrini seyr ediblər, boruların içinə doldurub sonradan həmin
boruların hər iki tərəfini qaynaq etməklə ən qəddar şəkildə
boğublar, bədənlərinə
müxtəlif zəhərli maddələr yeritməklə
qətlə yetiriblər, müxtəlif bədən
orqanlarını kəsib can bazarına
çıxarıblar! Bütün
bunların tarix boyu baş verməsi isə uşaq
qatili olmağın əslində erməninin
genində, kökündə yatdığını göstərir.
Uşaq
qətllərinin indi də davam etməsi həm də onu
göstərir ki, ermənilər Azərbaycan
əsgəri qarşısında gücsüz
olduqlarından, ondan qorxduqlarından hədəf
olaraq körpələri, yeniyetməlik həddinə
çatmayanları seçirlər. Ümumiyyətlə, erməni
xislətinin ən əlamətdar cizgilərindən biri də hər zaman
köməksizə, məsuma, günahsıza əl
qaldırmaq olub. Güclünün
qarşısından həmişə qorxaq
dovşan kimi
qaçıblar. Necə ki, Milli Qəhrəman Mübariz
İbrahimovun qarşısından
qaçdıqları kimi! Mübarizin
qarşısında pərən-pərən düşən
ermənilər qisaslarını onun cəsədindən
almağa çalışdılar. Bunun üçün Mübarizin, Fərid Əhmədovun cəsədini
günlərlə saxladılar. Amma bütün mənfurluqlarına, rəzilliklərinə
baxmayaraq, nəticədə bu cəsədləri təhvil verməli oldular. Cəsəddən qisas
almağa çalışmaq isə
yalnız mənfurların, qorxaqların, rəzillərin əməli
ola bilər!
Daha
bir nüans isə ermənilərin
Aygün Şahmalıyevanı Dağlıq
Qarabağ münaqişəsinin
danışıqlar yolu ilə həlledici
bir mərhələyə
yaxınlaşması ərəfəsində qətlə
yetirməsidir. İndi bütün
dünya Ermənistandan tələb edir ki, işğal
siyasətinə son qoysun,
Azərbaycanı
güc yoluna əl atmağa vadar etməsin.
ATƏT-in Minsk qrupunun
həmsədrləri, o cümlədən
Rusiya bunun üçün fəallığını əvvəl
görünməmiş bir səviyyədə
artırıb. Belə bir vaxtda
yenidən bir uşağı qətlə
yetirməklə ermənilər faktiki olaraq danışıqlar prosesinin
pozulmasında maraqlı olduqlarını göstərmiş olurlar. Danışıqların uğursuzluğu üçün
uşaq öldürməkdən tutmuş ən müxtəlif təxribatlara
gedirlər. Yenidən Azərbaycan ərazilərinə od vururlar. Cəbhə
zonasında yaşayan insanları gecə-gündüz
atəşə tuturlar. Bununla
Ermənistan vəziyyəti getdikcə gərginləşdirir,
hər dəfə yüksək səviyyəli
görüşdən ya əvvəl, ya da sonra
hansısa təxribata əl atmaqla sülh danışıqlarını pozmağa çalışır. Bütün bunların təsadüfi baş verdiyini
düşünmək sadəlövhlük olardı. Burada Ermənistan hakimiyyətinin və hərbi
rəhbərliyinin rolunun mütləq olduğu gün kimi aydındır. Elə hər şey də bilavasitə onların
tapşırığı ilə yerinə yetirilir.
Amma düşmən
onu da yaxşı bilməlidir
ki, bu, çox
davam edə bilməz! Nahaq
qan heç vaxt yerdə qalmayacaq! Ədalət
mütləq zəfər çalacaq! Azərbaycan
lap tezliklə ərazi bütövlüyünü
bərpa edəcək. Uşaq qatillərinin
ayağı Azərbaycan torpaqlarına bir
daha dəyməyəcək!
Rasim BAYRAMOV
Azərbaycan.- 2011.- 15 iyul.- S. 5.