Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclası olmuşdur
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının
növbəti iclası keçirilmişdir.
Konstitusiya
Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, iclasda
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin
V hissəsinə və "Konstitusiya Məhkəməsi
haqqında" Qanunun 34-cü maddəsinə
əsasən, Tehmuraz Qeybulla
oğlu Mənsurovun şikayətinə
baxılaraq onun icraata
qəbul edilməsi haqqında qərardad
çıxarılmışdır.
Şikayətin mahiyyəti
üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun
sentyabrın 8-nə təyin edilmiş
iclasında baxılacaqdır.
Azərbaycan.- 2011.- 15 iyul.- S. 4