Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 28 dekabr tarixli
1266 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət
Neft Fondunun 2011-ci ildə
idarə edilməsi ilə bağlı xərclər
smetası”nda dəyişikliklər edilməsi haqqında
Cari
ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun inzibati
binasının tikintisi ilə
bağlı aparılan işlərin sürətləndirilməsi,
Dövlət Neft Fondunun
üzv olduğu Suveren Fondların Beynəlxalq Forumuna
üzvlük haqqı ilə bağlı
ödənişlərin həyata keçirilməsi, habelə
Dövlət Neft Fondunun
2011-ci il büdcəsində dəyişikliklər
edilməsi ilə əlaqədar, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Dövlət Neft
Fondu haqqında Əsasnamə”yə və
Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Dövlət Neft Fondunun illik gəlir və
xərclər proqramının (büdcəsinin) tərtibi və
icrası Qaydaları”nın 5.4.1-ci və 5.4.2-ci yarımbəndlərinə
uyğun olaraq, Azərbaycan
Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun
vəsatətini və Müşahidə Şurasının rəyini
nəzərə alaraq, Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 28 dekabr tarixli
1266 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 12, maddə 1105) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət
Neft Fondunun 2011-ci ildə
idarə edilməsi ilə bağlı xərclər
smetası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. Xərclər
smetasında verilmiş cədvəldə
“Qeyri-maliyyə aktivlərinin alınması” bölməsinin
“Xərclərin ümumi məbləği
(manatla)” sütununda
“40,933,350” rəqəmləri “70,933,350” rəqəmləri ilə,
“Əsas vəsaitlər” köməkçi bölməsinin
“Xərclərin ümumi məbləği
(manatla)” sütununda
“40,127,900” rəqəmləri “70,127,900” rəqəmləri
ilə, bu köməkçi bölmənin
“Bina və tikililər” paraqrafının,
“Qeyri-yaşayış binaları” maddəsinin,
“Qeyri-yaşayış binalarının tikintisi”
yarımmaddəsinin “Xərclərin ümumi
məbləği (manatla) sütununda
“40,000,000” rəqəmləri “70,000,000” rəqəmləri ilə
əvəz edilsin;
1.2. “Qeyri-istehsal
aktivləri” köməkçi bölməsindən sonra aşağıdakı məzmunda bölmə
əlavə edilsin və müvafiq
olaraq, ümumi xərclər
sətrində “57,494,300” rəqəmləri “87,539,300” rəqəmləri
ilə əvəz edilsin.
Qrantlar və digər
ödənişlər 260000 45,000
Üzvlük haqqı və
digər ödənişlər
264000 45,000
Beynəlxalq təşkilatlara üzvlük haqqı
264100 45,000
2. Azərbaycan Respublikası
Dövlət Neft Fondunun
İcraçı direktoru bu
sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 14 iyul 2011-ci il
Azərbaycan.- 2011.- 15 iyul.- S. 3.