Azərbaycan
Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin
icrası haqqında
Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli
434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Dövlət Neft Fondu
haqqında Əsasnamə”yə və Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası
Dövlət Neft Fondunun illik gəlir və xərclər
proqramının (büdcəsinin) tərtibi və icrası
Qaydaları”na müvafiq olaraq
Azərbaycan Respublikasının Dövlət Neft
Fondu tərəfindən Fondun
2010-cu il büdcəsinin icrası ilə
bağlı hesabat təqdim edilmişdir. Həmin hesabata dair Azərbaycan
Respublikasının Dövlət Neft Fondunun Müşahidə Şurasının rəyini
və Dövlət Neft Fondunun
maliyyə fəaliyyətinin nüfuzlu
beynəlxalq auditor təşkilatı tərəfindən
keçirilmiş auditinin
nəticələrini nəzərə alaraq,
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram:
Azərbaycan
Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin
icrası, gəlirlər 13 088 543,4 min manat, xərclər 6 386 614,9 min
manat və ya Dövlət
Neft Fondunun 2010-cu il büdcəsində nəzərdə tutulduğuna nisbətən gəlirlər
üzrə 144,9%, xərclər üzrə 99,4% səviyyəsində
olmaqla, aşağıdakı kimi təsdiq edilsin:
Sıra N-si Göstəricilər
min manatla
Gəlirlər 13 088543,4
1. Azərbaycan Respublikasının
payına düşən
karbohidrogenlərin satışından
əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli
üzrə məsrəfləri,
bank, gömrük rəsmiləşdirilməsi,
müstəqil nəzarət
(sörveyer), marketinq və sığorta xərclərini çıxmaq
şərtilə, habelə
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin sərmayəçiləri,
payçısı və
ya tərəfdaşı
olduğu layihələrdə
onun sərmayəsinə
və ya iştirak payına düşən gəlirlər
istisna olmaqla) 12 656 097,8
2. Neft-qaz layihələrinin
həyata keçirilməsi
ilə əlaqədar
Azərbaycan Respublikasının
payına düşən
dividendlər (BTC layihəsi
üzrə) 158 660,9
3. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi
ilə ötürülməsindən
əldə edilən gəlirlər 8 302,5
4. Azərbaycan Respublikası
Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən
əldə olunan gəlirlər 155 906,1
5. Karbohidrogen ehtiyatlarının
işlənməsi ilə
əlaqədar sərmayəçilər
tərəfindən müqavilə
sahəsindən istifadə
üçün ödənilən
akrhesabı ödənişlər
1 201,0
6. Neft-qaz sazişlərinin
imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının
Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən
ödənilən bonuslar
(mükafatlar) 1 601,6
7. Şahdəniz-I fazasının
icrası çərçivəsində
hasil olunmuş qazın satışı üzrə müqavilə
qiymətində edilmiş
dəyişiklik nəticəsində
yaranmış fərqdən
daxilolmalar 105 021,9
8. Digər gəlirlər
və daxilolmalar 1 751,6
Xərclər 6 386 614,9
1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət
və məskunlaşma
məsələləri ilə
bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi
104 947,7
2.Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinə transfert
5 915 000,0
3. Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi
layihəsinin maliyyələşdirilməsi
199 617,7
4. Samur-Abşeron suvarma
sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi 130 998,7
5. Bakı-Tbilisi-Qars
yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi 12 420,3
6. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət proqramının
maliyyələşdirilməsi 9 605,3
7. Azərbaycan Respublikası
Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər
14 025,2
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul
2011-ci il
Azərbaycan.- 2011.- 15 iyul.- S. 3.