“Azərbaycan
Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 28 dekabr tarixli 365 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə
Cari
ildə xam neftin qiymətlərinin
yüksək səviyyədə qalması şəraitində
karbohidrogenlərin istismarı ilə əlaqədar
hasilatın pay bölgüsü
barədə sazişlərdən Azərbaycan dövlətinə
əlavə gəlirlərin daxil
olacağını nəzərə alaraq,
habelə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində
dəyişikliklər edilməsi ilə əlaqədar Azərbaycan
Respublikası Dövlət Neft Fondunun 2011-ci il üçün büdcə gəlirlərinin
və xərclərinin dəqiqləşdirilməsini, eləcə
də Dövlət Neft Fondunun
vəsaiti hesabına qaçqınların və məcburi
köçkünlərin sosial-məişət
məsələləri və məskunlaşması ilə
bağlı həyata keçirilən tədbirlərin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması,
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihələrinin vaxtında
icrasını təmin etmək, Dövlət Neft
Fondunun inzibati
binasının tikintisini sürətləndirmək və beynəlxalq təşkilatlara üzvlük haqqı ilə bağlı
ödənişlərin həyata keçirilməsi üçün Fondun
2011-ci il büdcə xərclərində
müvafiq dəyişikliklər aparmaq məqsədi ilə, Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli
434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə
və Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası
Dövlət Neft Fondunun
illik gəlir və xərclər proqramının
(büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 5.4.1-ci və 5.4.2-ci yarımbəndlərinə
uyğun olaraq, Azərbaycan
Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun
vəsatətini və Müşahidə Şurasının rəyini
nəzərə alaraq, Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan
Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 28 dekabr tarixli 365 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹
12, maddə 1065) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 1-ci hissədə “9 132
941,0” rəqəmləri “12 796 172,0” rəqəmləri ilə,
“6 886 155,4” rəqəmləri “9 939 985,3” rəqəmləri
ilə əvəz edilsin;
1.2. 2-ci hissədəki cədvəl
aşağıdakı redaksiyada verilsin:
¹ Gəlir mənbələri Gəlirlərin
məbləği
(min manat)
1. Azərbaycan
Respublikasının payına düşən karbohidrogenlərin
satışından əldə edilən xalis
gəlirlər (karbohidrogenlərin nəqli məsrəfləri,
bank, gömrük rəsmiləşdirilməsi,
müstəqil nəzarət (sörveyer),
marketinq və sığorta xərclərini
çıxmaq şərtilə, habelə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri,
payçısı və ya tərəfdaşı
olduğu layihələrdə onun sərmayəsinə və ya
iştirak payına düşən gəlirlər
istisna olmaqla) 12 137
044,0
2. Şahdəniz-I fazasının icrası çərçivəsində
hasil olunmuş qazın satışı üzrə müqavilə
qiymətində edilmiş dəyişiklik nəticəsində
yaranmış fərqdən daxilolmalar 101 666,0
3. Neft-qaz layihələrinin həyata keçirilməsi
ilə əlaqədar Azərbaycan Respublikasının
payına düşən
dividendlər
(BTC layihəsi üzrə) 131
992,0
4. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə
əlaqədar sərmayəçilər tərəfindən
müqavilə sahəsindən istifadə üçün
ödənilən akrhesabı ödənişlər 1 688,0
5. Neftin və qazın Azərbaycan
Respublikasının ərazisi ilə ötürülməsindən
əldə edilən gəlirlər
8 920,0
6.Neft-qaz sazişlərinin imzalanması və ya
icrası ilə bağlı Azərbaycan Respublikasının
Dövlət Neft Şirkətinə və ya səlahiyyətli
dövlət orqanına sərmayəçilər tərəfindən
ödənilən bonuslar 17 600,0
7. Azərbaycan Respublikası Dövlət Neft Fondunun
valyuta aktivlərinin yerləşdirilməsindən və idarə
olunmasından əldə edilən gəlirlər 396 362,0
8. Digər gəlirlər və daxilolmalar 900,0
Cəmi 12 796 172,0
1.3. 3-cü hissədə verilmiş cədvəlin “Xərclərin
məbləği (min manat)” sütununun 1-ci sətrində “110
000,0” rəqəmləri “140 000,0” rəqəmləri ilə,
2-ci sətrində “6 480 000,0” rəqəmləri “9 203 200,0” rəqəmləri
ilə, 4-cü sətrində “110 000,0” rəqəmləri
“200 000,0” rəqəmləri ilə, 5-ci sətrində “80
215,1” rəqəmləri “260 800,0” rəqəmləri ilə,
7-ci sətrində “57 494,3” rəqəmləri “87 539,3” rəqəmləri
ilə əvəz edilsin və xərclərin məbləğinin
cəmi göstərilən sətirdə “6 886 155,4” rəqəmləri
“9 939 985,3” rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası
Dövlət Neft Fondunun
İcraçı direktoru bu
fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 14 iyul 2011-ci il
Azərbaycan.- 2011.- 15 iyul.- S. 3.