Bu yol bizi doğma yurda qovuşduracaq
Çox hörmətli, zati-aliləri cənab
İlham Əliyev!
Biz - Ağdam rayonu ictimaiyyətinin bir
qrup nümayəndəsi Qarabağa və qarabağlılara
göstərdiyiniz həyati əhəmiyyətə malik
davamlı qayğı və diqqətə görə Sizə
bütün el-obanın minnətdarlığını
çatdırmağı özümüzə borc bilirik.
Ərazisinin dörddə üç
hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilmiş Ağdam rayonunun sakinləri illərdən
bəri məcburi köçkün həyatının məşəqqətlərini
yaşamış, sözün həqiqi mənasında kirpikləri
ilə od götürmüşlər. Sizin hakimiyyətə gəlişiniz
ərəfəsində, seçkiqabağı
görüşlərdə Bərdədəki Türk
"Qızıl Ay" çadır şəhərciyinin
sakinləri ilə görüşünüzdə verdiyiniz vəd
- "Azərbaycanda bir çadır şəhərciyi də
qalmayacaqdır" barədə öhdəliyiniz artıq
çoxdan şərəflə yerinə yetirilmişdir.
Cənab Prezident! Sağ olun ki, Sizin
böyük qayğınız sayəsində ağdamlı məcburi
köçkünlər indi doğma rayonumuzun ərazisində
salınmış yeni qəsəbələrdə hər
cür rahatlığı olan yaraşıqlı mənzillərdə
yaşayırlar. Sizin təşəbbüsünüzlə
rahat evlərlə yanaşı müasir tipli xəstəxanalar,
məktəblər, mədəniyyət evləri, başqa
sosial obyektlər də tikilib istifadəmizə verilmişdir.
Hər kəsdə böyük razılıq və minnətdarlıq
hissi doğuran bir mühüm məsələ də kəndlərimizə
təbii qaz çəkilişidir. Bu işi daha da sürətləndirmək
üçün Neft Şirkətinin rəhbərliyinə
verdiyiniz tapşırıqlardan da mətbuat vasitəsilə xəbərimiz
var. Bizim yaxşı, firavan yaşamağımız
üçün Siz lazım olan hər şeyi edirsiniz. Məhz
bu qayğının sayəsində biz azğın
düşmənlə təmas xəttinin beş
addımlığında, bir güllə məsafəsində
yaşamaqdan nəinki qorxmuruq, əksinə, hər an silaha
sarılıb müqəddəs saydığımız
gözlənilən savaşa atılmağa hazırıq!
Cənab Prezident, bir neçə gün
əvvəl "Ağdam rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında" imzaladığınız sərəncam
bizə ölçüyə sığmayan yüksək əhvali-ruhiyyə,
qələbə əzmi bəxş etmişdir. 46 min nəfər
əhalinin yaşadığı 21 kəndi, 6 məcburi
köçkün qəsəbəsini birləşdirən
Quzanlı - Xındırıstan - Əhmədağalı - Əfətli
avtomobil yolunun tikintisi üçün 6 milyon manat vəsait
ayırmağınız bu cəbhə bölgəsinə
davamlı qayğı və diqqətinizin növbəti ifadəsidir.
Ağdamlılar inanırlar ki, Sizin xeyir-duanızla tikiləcək
bu yol bizi doğma yurda qovuşduracaqdır. Biz bu yolu qələbə
yolu kimi qəbul edirik. Sizin müdrik siyasətiniz, yenilməyən
qətiyyətiniz qələbənin çox yaxında
olmasından soraq verir. Qoy iqtisadi böhran burulğanında
boğulan Ermənistan rəhbərləri cəbhə xəttində
adi kənd yollarının tikintisi üçün milyonlarla
manat vəsait ayıran bir dövlətin gündən-günə
artan iqtisadi qüdrətindən məntiqi nəticə
çıxarsınlar.
Çox hörmətli cənab İlham
Əliyev! Biz ağdamlılar həmişə sizinləyik.
Tarixin ən çətin məqamlarında Heydər Əliyev
siyasi kursuna sədaqətli olmuşuq. Bu mövqe dəyişməzdir.
Sizin qayğınız, diqqətiniz bizə yenilməz inam
verir. İnanırıq ki, dövlətimizin sükanı
etibarlı əllərdədir. Qüdrətli rəhbərimiz
doğma Azərbaycanı daha işıqlı sabahlara
qovuşdurmağa qadirdir. Tanrı Sizi qorusun. Siz Azərbaycan
xalqına çox lazımsınız.
Ağdam rayon ictimaiyyətinin nümayəndələri
adından:
İdris Quliyev - Qaradağlı kənd
sakini
Abbas Vəliyev - Rzalar kənd sakini
Elxan Əliyev - Evoğlu kənd sakini
Balay Mahmudov - Paşabəyli kənd
sakini
Allahverdi Məmmədov - Zəngişalı
kənd sakini
Faiq Vəliyev - Mahrızlı kənd sakini
Sədrəddin Ələsgərov-
Sosialist Əməyi Qəhrəmanı, Quzanlı qəsəbə
sakini
Şərif Əliyev - Əhmədağalı
kənd sakini
Əlyar Allahverdiyev - Bənövşələr
kənd sakini
Mayıl Paşayev -
Xındırıstan qəsəbə sakini
Şahin Nəsirov - Hacıturalı kənd
sakini
Azərbaycan.-2011.-
17 iyul.- S.1.