Milli Məclis Sədrinin müavini Bahar Muradova ATƏT PA-nın sədri Petros Eftimiuya müraciət
etmişdir
Milli Məclis Sədrinin müavini, ATƏT
Parlament Assambleyasında Azərbaycan
nümayəndə heyətinin rəhbəri Bahar
Muradova ermənilərin əli ilə Tovuz rayonunun Əlibəyli
kəndində baş vermiş
faciə ilə əlaqədar ATƏT PA-nın sədri Petros Eftimiuya və onun Dağlıq Qarabağ
münaqişəsi və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao
Soareşə məktubla müraciət etmişdir.
Müraciətdə
deyilir ki, ATƏT
PA-nın "ATƏT-in səmərəliliyinin və effektivliyinin möhkəmləndirilməsi: Astana sammitindən
sonra yeni
başlanğıc" mövzusunda
ötən həftə Belqradda keçirilmiş yay
sessiyasında həlli uzanmış münaqişələrin,
o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini ehtiva edən bəndin də yer
aldığı Belqrad Bəyannaməsinin
mürəkkəbi qurumamış Ermənistan tərəfi
yenə də pozucu addımlar atır.
Artıq bildiyiniz kimi, Ermənistanın
törətdiyi vəhşilik nəticəsində Azərbaycanın
Tovuz rayonunun Əlibəyli
kəndində 13 yaşlı Şahmalıyeva Aygün
həyatını itirmişdir.
Danışıqlar
prosesinin intensivləşdiyi, Minsk qrupu həmsədrlərinin
regiona səfəri və iki
ölkənin xalqları arasında etimadın
yaradılması istiqamətində səylərin müzakirə
olunduğu bir vaxtda partlayıcı maddə ilə doldurulmuş uşaq
oyuncağını çay vasitəsilə
Azərbaycan tərəfinə göndərən Ermənistan günahsız uşaqların qətlə
yetirilməsinə yönələn çirkin
siyasətini aparmaqda davam
edir.
Məktubun sonunda deyilir ki, baş vermiş
bu faciəli hadisədən dərin
narahatlığımızı ifadə edir,
məsələyə münasibət bildirməyinizi sizdən
xahiş edirik.
AzərTAc
Azərbaycan.-2011.-
17 iyul.- S.1.