Biz arxamızda müstəqil
Azərbaycan dövlətinin dayandığını
daim hiss edirik
Dünyanın müxtəlif bölgələrində
yaşayan soydaşlarımız
arasında azərbaycançılıq
ideologiyasına əsaslanan
milli birlik Azərbaycan dövləti
tərəfindən həyata
keçrilən məqsədyönlü
siyasət nəticəsində
artıq daha möhkəm özüllər
üzərində bərqərar
olub. Beynəlxalq hüququn daha
güclü müstəqil
subyektinə çevrilən
Azərbaycan isə qazandığı möhtəşəm
nailiyyətlərlə hər
bir azərbaycanlının
qürur mənbəyinə
çevrilib. Bununla yanaşı,
ölkəmiz insan hüquqlarına dair beynəlxalq sənədlərdə
əksini tapmış
prinsipial müddəalardan
çıxış edərək
bütün dünyada
soydaşlarımızın vətəndaş hüquqlarının
qorunması üçün
əməli tədbirlər
görür. Eyni zamanda,
xaricdə yaşayan soydaşlarımız da ölkəmizin inkişafına,
qarşıya çıxan
problemlərin həllinə
yaxından kömək
göstərməyə çalışırlar.
Dünya azərbaycanlılarının III
qurultayında iştirak edən Ukrayna Azərbaycanlıları Konqresinin
idarə heyətinin üzvü Fail Abidov da
əsas məqsədlərinin güclü,
qüdrətli Azərbaycan naminə fəaliyyət göstərməkdən
ibarət olduğunu bildirdi,
Dünya azərbaycanlılarının
III
qurultayının əhəmiyyətindən danışaraq dedi:
- Mən 2001 və
2006-cı illərdə keçirilən dünya
azərbaycanlılarının qurultaylarında da iştirak etmişəm.
Yenidən belə bir möhtəşəm
tədbirə qatılmağımı özüm
üçün böyük
şərəf hesab edirəm. O da çox sevindirici
haldır ki, ötən müddət ərzində
dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın təşkilatlanması
prosesi daha geniş vüsət alıb. Dünya azərbaycanlılarının
ötən illərlə müqayisədə daha
mükəmməl formada təşkilatlanmasının
əsas səbəblərindən biri Azərbaycan
dövləti, onun rəhbəri Prezident İlham Əliyevin
həyata keçirdiyi məqsədyönlü
siyasətlə birbaşa
bağlıdır. Elə bu
qurultay da əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan, cənab İlham
Əliyev tərəfindən davam etdirilən
azərbaycançılıq ideologiyasının, bütün dünya azərbaycanlılarının
həmrəyilyinin real təzahürüdür.
Bir məqamı da
xüsusi vurğulamaq
istərdim ki, dünya
azərbaycanlılarının qurultayı diaspor
hərəkatının genişlənməsinə böyük töhfələr verir.
Məsələn, təmsil etdiyim təşkilatın
formalaşmasında Dünya azərbaycanlılarının
I qurultayı mühüm rol
onyayıb. İndi bizim
Ukrayanın 26 regionunda yerli
təşkilatlarımız fəaliyyət göstərir. Ukraynada olan azərbaycanlı
ziyalılar, iş adamları və digər
soydaşlarımızın böyük əksəriyyəti
diaspor qurumlarımız ətrafında
sıx birləşib. Onlar bir qüvvə kimi Azərbaycan
uğrunda fəaliyyət göstərirlər.
- Ukraynadakı fəaliyyətinizi
necə xarakterizə edərdiniz?
-
Çalışırıq ki, fəaliyyətimizi
davamlı şəkildə genişləndirək. Diaspor fəaliyyətinin genişlənməsində
Azərbaycan dövlətindən davamlı dəstək görürük. Bu dəstəyin
əsasını isə ümummilli lider Heydər Əliyev qoyub.
O, hər dəfə Ukraynaya gələndə
diaspor nümayəndələri ilə görüşür, problemləri ilə
yaxından maraqlanır, onların həllinə kömək edirdi. Ondan sonra
Prezident İlham Əliyev
də xarici ölkələrə səfərləri
çərçivəsində hər zaman
Azərbaycan diasporu ilə
görüşlərə vaxt
ayırır, onlarla söhbətlər
aparır. Dəfələrlə də bildirib
ki, Azərbaycan dövlətinin möhkəm
olması dünyada yaşayan
azərbaycanlıların da mövqeyini möhkəmləndirir.
Sevindirici haldır ki, indi müxtəlif xarici
ölkələrdə yaşayan
soydaşlarımızın ictimai-siyasi fəallıq
dərəcəsi olduqca yüksəkdir. Onlar yaşadıqları ölkələrdə
baş verənlərə dair
öz mövqelərini fəal şəkildə
ifadə edirlər, Azərbaycan reallıqlarını, tarixini, mədəniyyətini dünyaya
çatdırırlar. Konkret Ukraynaya gəldikdə, burada
Azərbaycan diasporunun nüfuzu
çox yüksəkdir. Burada
mətbu orqanımız, internet saytmız
var. Azərbaycanla bağlı bütün mühüm məlumatlar
Ukrayna ictimaiyyətinə
çatdırılır. Müxtəlif konfranslarda,
tədbirlərdə Azərbaycan diaspor
nümayəndələri fəal iştirak
edirlər.
Ümumiyyətlə
götürsək, yəhudi diasporundan sonra Ukraynada ən güclü diaspor Azərbaycan
diasporudur. Həm üzvlərinin sayı,
həm də fəaliyyət dairəsi və əldə olunan nəticələr baxımından. Ukraynada yaşayan
soydaşlarımız həm qanunverici orqanda, həm də müxtəlif dövləti
vəzifələrdə təmsil olunur. Ən
əsası isə, soydaşlarımız arasında kifayət
qədər sıx birlik mövcuddur.
Onu da deyim ki, Ukraynada
azərbaycanlılardan ibarət güclü
diasporun formalaşmasında Azərbaycan
dövlətinin dəstəyi olduqca böyük rol oynayıb.
Biz arxamızda daim güclü Azərbaycan dövlətinin
dayandığını hiss edirik. Azərbaycan dövləti öz qüdrətini artırdıqca diaspor təşkilatlarımız da güclənir. Çünki
Azərbaycan dövləti tərəfindən bizə göstərilən
diqqət və qayğı olduqca yüksəkdir.
Müsahibəni apardı: Rasim
BAYRAMOV
Azərbaycan.-2011.-17 iyul.- S.3.