Azərbaycan Prezidenti
İlham Əliyev Beynəlxalq Ağır
Atletika Federasiyasının prezidenti Tomaş Ayanı qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev iyulun 15-də Beynəlxalq
Ağır Atletika Federasiyasının prezidenti
Tomaş Ayanı qəbul etmişdir.
Tomaş Ayan Azərbaycanda
idmanın bütün
növlərinin, o cümlədən
ağır atletikanın
inkişafına yaradılan
şəraiti yüksək
qiymətləndirərək göstərilən dövlət
qayğısına görə
Prezident İlham Əliyevə minnətdarlığını
bildirdi. Federasiyanın prezidenti 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin I yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının
əldə etdiyi qələbə münasibətilə
dövlətimizin başçısını
təbrik etdi.
Azərbaycanda idmanın sürətlə
inkişaf etdiyini vurğulayan dövlətimizin
başçısı Sinqapurda
keçirilən Yeniyetmələrin
I yay Olimpiya Oyunlarında idmançılarımızın
əldə etdiyi uğurları ölkəmizdə
idmana dövlət səviyyəsində göstərilən
diqqətin nəticəsi
kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanda məşhur
olan idmanın bu növünün daha da inkişaf
etdirilməsi üçün
yaxşı potensialın
olduğunu qeyd etdi.
Dövlətimizin başçısı Beynəlxalq Ağır Atletika Federasiyasının
Azərbaycanda ağır
atletikanın inkişafına
göstərdiyi dəstəyə
görə Tomaş Ayana təşəkkürünü
bildirdi.
AzərTAc
Azərbaycan.-2011.-16
iyul.-S.1.