Pərakəndə ticarət və
iaşə müəssisələri
üzrə əmtəə və xidmətlərin satışı 9,8 faiz
artmışdır
Yanvar-iyun aylarında pərakəndə
ticarət və iaşə müəssisələri üzrə
əmtəə və xidmətlərin satışı
2010-cu ilin eyni dövrünün səviyyəsini 9,8 faiz
üstələyərək 7,6 milyard manat olmuşdur.
Dövlət Statistika Komitəsindən
AzərTAc-a bildirmişlər ki, ümumi artımın 94,7
faizi pərakəndə ticarət müəssisələrinin,
5,3 faizi iaşə müəssisələrinin fəaliyyəti
sayəsində yaranmışdır.
Hesabat dövründə pərakəndə
ticarət və iaşə şəbəkələrində
hər bir ölkə sakini orta hesabla ayda 139,5 manat və ya
2010-cu ilin eyni dövründəkindən 22,6 manat çox
müxtəlif əmtəə almışdır.
Azərbaycan.-2011.-16
iyul.-S.1.