"Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 14 may tarixli 2163 nömrəli sərəncamında
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli
2163 nömrəli sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 5, maddə 500; 2008, ¹11,
maddə 970; 2009, ¹12, maddə 1053) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin strukturu"nda
aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissənin
üçüncü abzası
aşağıdakı redaksiyada verilsin:
"Xidmət rəisinin
birinci müavini".
2. 2-ci hissənin
üçüncü-onuncu abzasları müvafiq olaraq dördüncü-on birinci
abzaslar hesab edilsin və hissəyə
aşağıdakı məzmunda üçüncü
abzas əlavə edilsin:
"Miqrasiya proseslərini tənzimləmə baş idarəsi".
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
15 iyul 2011-ci il
Azərbaycan.-2011.-16
iyul.-S.1.