Azərbaycan geosiyasi baxımdan regionda çox vacib ölkədir
Azərbaycanda səfərdə olan
Avropa Parlamentinin üzvləri iyulun 15-də
Baş nazirin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsinin sədri
Əli Həsənov ilə görüşmüşlər.
Komitədə keçirilən görüşdə
Baş nazirin müavini Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin tarixindən
danışmış, Ermənistanın
etnik təmizləmə
siyasəti nəticəsində
bir milyonadək soydaşımızın doğma
yurdlarından didərgin
düşdüyünü bildirmişdir.
Baş nazirin
müavini Azərbaycan
dövlətinin qaçqınların
və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması
istiqamətində həyata
keçirdiyi tədbirlərdən
bəhs edərək demişdir ki, indiyədək bu işlərə 4,5 milyard dollar vəsait sərf olunmuşdur. Bunun 2,6 milyard dolları büdcənin,
1 milyard dolları Dövlət Neft Fondunun, 900 milyon dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir.
Hazırda Azərbaycanda 60-dək beynəlxalq humanitar təşkilat fəaliyyət
göstərir və Azərbaycan dövləti
onlara hər cür şərait yaratmışdır.
Ətraflı məlumata görə təşəkkürünü bildirən Avropa Parlamentinin Portuqaliyadan olan üzvü Xose Manuel Fernandes Avropa liderlərinin dünyada mövcud münaqişələrin həlli
istiqamətində səylərini
artıracaqlarına ümid
etdiklərini, geosiyasi
baxımdan regionda çox mühüm ölkə olan və sürətlə inkişaf edən Azərbaycanın üzləşdiyi
münaqişənin sülh
yolu ilə həllinin zəruriliyini vurğulamışdır.
Münaqişənin tarixi ilə bağlı hərtərəfli
izahatdan razılıq
edən Avropa Parlamentinin fransalı üzvü Qaston Franko Bakıda özünü ölkəsindəki
kimi hiss etdiyini bildirmişdir.
Belçika Parlamentinin üzvü
Alan Desteks isə vurğulamışdır ki,
Azərbaycan özünü
dünyaya daha yaxından tanıtdırmaqla
və əsl həqiqətləri beynəlxalq
ictimaiyyətin diqqətinə
çatdırmaqla problemin
həllinə kömək
etmiş olar.
Sonda qonaqlara Dağlıq
Qarabağ münaqişəsindən
bəhs edən disk və kitab təqdim
edilmişdir.
Xatırladaq ki,
Avropa Parlamentinin üzvləri iyulun 16-da Ağdam rayonuna səfər edərək məcburi köçkünlərin
yaşayış şəraiti
ilə tanış
olacaqlar.
AzərTAc
Azərbaycan.-2011.-16
iyul.-S.2.