Rumıniya beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir

 

Rumıniya bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir.

AzərTAc xəbər verir ki, bu fikirləri Rumıniyanın hakim Demokrat Liberal Partiyasının Azərbaycanda səfərdə olan nümayəndə heyətinin rəhbəri, Buxarest şəhərinin ikinci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyası sədrinin müavini Nekulay Ontsanu demişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan rumıniyalı qonaq ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ərazisi olaraq tanıdığını xüsusi vurğulamışdır. N.Ontsanu demişdir ki, bu fikri Rumıniya Prezidenti də müxtəlif görüşlərdə dəfələrlə bəyan etmişdir.

 

 

Azərbaycan.-2011.-16 iyul.-S.2.