Azərbaycan Prezidenti İlham Əliyev
Çinin kommersiya nazirinin müavini, Azərbaycan-Çin
hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq
komissiyasının həmsədri Conq Şanı qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 18-də Çin Xalq Respublikasının kommersiya
nazirinin müavini, Azərbaycan-Çin hökumətlərarası
ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri
Conq Şanı qəbul etmişdir.
Dövlətimizin başçısı Çin ilə
Azərbaycan arasında əlaqələrin bütün sahələrdə
inkişafından məmnunluğunu bildirdi. İki ölkə
arasında siyasi əlaqələrin uğurla inkişaf
etdiyini vurğulayan Prezident İlham Əliyev beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlığın
da razılıq doğurduğunu söylədi. İqtisadi əlaqələrə
toxunan dövlətimizin başçısı energetika, kənd
təsərrüfatı, turizm və infrastruktur layihələrinin
reallaşdırılması sahələrində əməkdaşlığı
inkişaf etdirmək üçün yaxşı
potensialın olduğunu vurğuladı. Dövlətimizin
başçısı Azərbaycan-Çin hökumətlərarası
ticarət-iqtisadi əməkdaşlıq komissiyasının
iclaslarının mütəmadi keçirilməsinin əlaqələrin
genişləndirilməsi ilə bağlı məsələlərin
müzakirəsi baxımından əhəmiyyətini qeyd
etdi.
Conq Şan Çin Xalq Respublikasının sədri Hu
Szintaonun salamlarını dövlətimizin
başçısına çatdırdı. Qonaq ölkəmizdəki
yüksək iqtisadi inkişaf proseslərinin onda böyük
təəssürat yaratdığını söylədi. Azərbaycanın
Cənubi Qafqazda Çin üçün çox
mühüm tərəfdaş olduğunu vurğulayan Conq
Şan ölkəsinin Azərbaycanın müxtəlif sahələrinə,
o cümlədən qeyri-neft sektoruna investisiya qoyuluşunda maraqlı
olduğunu dedi.
Prezident İlham Əliyev Çin Xalq
Respublikasının sədri Hu Szintaonun salamlarına görə
minnətdarlığını bildirdi, özünün də
salamlarını Çinin dövlət
başçısına çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.- 2011.- 19 iyul.- S. 1.