Azərbaycan Prezidentinin siyasi kursunun əsas istiqamətini təşkil edən korrupsiya ilə mübarizə sahəsində kompleks tədbirlər həyata keçirilmişdir

 

İyulun 15-də Respublika Prokurorluğunda korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilmişdir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi İnam Kərimov görülmüş işlər barədə məlumat vermişlər.

Bildirilmişdir ki, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə onun siyasi kursunun əsas istiqamətini təşkil edən korrupsiya ilə mübarizə sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. Xüsusilə də Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının qəbulu və müvəffəqiyyətlə icrası, ölkəmizin Avropa Şurası tərəfindən qəbul edilmişkorrupsiya ilə mübarizədə beynəlxalq nəzəriyyə və təcrübəni özündə əks etdirən "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında", "Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında" və BMT-nın "Korrupsiya əleyhinə" konvensiyalarına qoşulması və milli qanunvericiliyə implementasiyası təmin olunmuşdur. Korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün əlverişli hüquqi zəmin yaradan, ölkə başçısının siyasi iradəsinin dövlət orqanları ilə ictimaiyyətin səylərini birləşdirən "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı Milli fəaliyyət planı təsdiq edilmişdir. Azərbaycan Respublikasında demokratikhüquqi dövlətin təşəkkül tapması şəraitində korrupsiyaya qarşı səmərəli və uzlaşdırılmış əks təsir siyasəti hazırlanmış və ardıcıl şəkildə icra olunur.

Ölkəmizin mövcud hüquq sistemi, prokurorluğun dövlət orqanları sırasında yerirolu, həyata keçirdiyi funksiyaların xarakteri prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən etimadın təzahürü kimi korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq sahəsində ixtisaslaşmış qurumun - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokurorluqda yaradılmasını şərtləndirən amillərdən olmuşdur.

Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan olan Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə İdarəsi 2005-ci ildən fəaliyyətə başlamaqla qısa müddət ərzində ölkənin bu sahədə əlaqələndirmə funksiyasını yerinə yetirən dövlət qurumlarından birinə çevrilmişdir.

Azərbaycan Prezidentinin siyasi iradəsinə uyğun olaraq onun fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması üçün son vaxtlar bir sıra mühüm qanunvericilikpraktiki tədbirlər həyata keçirilmişdir.

Belə ki, Azərbaycanın güclü iqtisadi inkişafından qaynaqlanan amillərlə əlaqədar korrupsiyaya qarşı mübarizə üsullarının da təkmilləşdirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə icrasını təmin etmək məqsədilə Azərbaycan Prezidentinin 2011-ci il 11 mart tarixli fərmanı ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılaraq 100 nəfərə çatdırılmış, eyni zamanda texniki işçilərin sayında da əhəmiyyətli dəyişiklik edilmişdir.

Göstərilənlərlə yanaşı, Nazirlər Kabinetinə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin səmərəli təşkili, maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlərin görülməsi və idarə əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması məsələsinin həll edilməsi barədə tapşırıq verilmişdir. Nazirlər Kabinetinin 2011-ci il 3 iyun tarixli 89 saylı qərarı ilə idarə əməkdaşlarının maaşı əhəmiyyətli dərəcədə artırılmışdır.

Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə bir neçə qanun layihəsi baxılmaq üçün Milli Məclisə göndərilmişdir. Martın 18-də Milli Məclis "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və "Prokurorluq haqqında" qanunlara dəyişikliklər etmişdir. Bununla da MDB məkanında, habelə Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilmişdir. Korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış tədbirlərinin yalnız Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılması müəyyənləşdirilməklə bu sahədə prokurorluq orqanlarının qarşısında çox mühüm və məsuliyyətli vəzifələr qoyulmuşdur. Bu addım prokurorluq orqanlarının əməkdaşları tərəfindən onlara siyasi rəhbərlik tərəfindən göstərilən yüksək etimad kimi qiymətləndirilməklə yanaşı, onların məsuliyyət hissinin artırılmasına səbəb olmuşdur.

Azərbaycan Prezidentinin 2011-ci il 8 aprel tarixli 404 nömrəli fərmanı ilə Nazirlər Kabinetinə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından real vaxt rejimində istifadəsinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktlara dəyişikliklər edilməsi barədə təkliflərini dövlət başçısına təqdim etmək vəzifəsi tapşırılmışdır. Eyni zamanda, qeyd olunan fərmanla idarənin Əsasnaməsində dəyişikliklər edilərək digər məsələlərlə yanaşı, korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan məlumatlar üzrə ilkin yoxlamanın aparılması və ya korrupsiya ilə bağlı cinayətlərin istintaqı zamanı müxtəlif peşə sahələrində xüsusi biliyə malik şəxslərdən istifadə etməklə fizikiya hüquqi şəxslərin fəaliyyətinin yoxlanması məqsədilə idarəyə mütəxəssislər qrupunun yaradılması səlahiyyəti verilmişdir. Qarşıda duran vəzifələrin uğurla icrasını təmin etmək məqsədi daşıyan dəyişikliklər idarənin rəhbər heyətində müavinlərin sayını artırmağa imkan yaratmışdır.

Ölkədə korrupsiyaya qarşı mübarizənin daha səmərəli formada təşkil edilməsinə zəmin yaratmış bu tədbirlər prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən yüksək etimadın təzahürüdür.

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində qeyd olunan normativ-hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün 2011-ci il mayın 12-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin strukturunun təkmilləşdirilməsi, idarənin tərkibində olan struktur qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında Baş Prokurorluq üzrə müvafiq əmr imzalanmışdır. Həmin əmrə əsasən idarədə 4 yeni şöbə yaradılmış, iki şöbə ləğv edilərək onların bazasında yeni şöbələr təsis edilmiş və beləliklə, idarənin tərkibində olan şöbələrin sayı 7-yə çatdırılmışdır.

Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq, korrupsiya ilə mübarizəni inzibatiiqtisadi metodların vəhdəti üzərində quran prokurorluq orqanları fəaliyyətini daha da təkmilləşdirməklə bu işi öz fəaliyyətinin prioritet xətti kimi müəyyən etmişdir.

Öz fəaliyyətini digər hüquq-mühafizə orqanlarının ixtisaslaşdırılmış qurumları ilə sıx əlaqəli şəkildə quran Korrupsiyaya qarşı Mübarizə İdarəsi əvvəlki illərdə olduğu kimi cari ilin birinci yarısında da fəaliyyətini uğurla davam etdirmişdir.

Həmin müddət ərzində idarə tərəfindən vətəndaşların 336 müraciətinə baxılmışdır. 2011-ci ilin birinci yarısında idarəyə daxil olmuş cinayət xarakterli 150 müraciət və digər məlumatlardan (onlardan 41-i müraciət, 109-u digər məlumatlar) 87-si və ya 55,4 faizi üzrə cinayət işi başlanılmışdır. Müraciətlərə baxılarkən sosial ədalətin, vətəndaşların pozulmuş hüquqlarının bərpası, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə olunması, dəymiş ziyanın ödənilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Korrupsiya halları ilə üzləşmiş vətəndaşlara ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanının yaradılması məqsədilə idarənin nəzdində "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi yaradılmaqla 2011-ci il 3 mart tarixindən fəaliyyətə başlamış, istirahət və bayram günləri də daxil olmaqla sutkanın 24 saatı ərzində vətəndaşlar tərəfindən mərkəzə ödənişsiz zəng etmək üçün bütün texniki imkanlar yaradılmışdır. Fəaliyyətə başladığı 4 aydan artıq müddət ərzində "Qaynar xətt" əlaqə mərkəzinə 2076 müraciət daxil olmuş, korrupsiya ilə əlaqədar olmayan 5000-dən artıq müraciət müəllifinə mülki, ailə, mənzil, inzibati və digər sahələrdə pozulmuş hüquqlarının bərpasına dair ətraflı izahlar verilmişdir.

Daxil olmuş müraciətlər və onlara baxılmasının nəticələri üzrə aparılan təhlillər göstərir ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində dövlət başçısının rəhbərliyi altında həyata keçirilən qətiyyətli və düşünülmüş tədbirlər öz müsbət bəhrəsini verməkdədir. Belə ki, bir tərəfdən "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan zənglərin sayının azalması müşahidə olunur. Digər tərəfdən isə əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində çoxsaylı vətəndaşların müraciəti müsbət həll olunmuşdur. Zəruri qabaqlayıcı tədbirlər həyata keçirilmiş və 8 müraciət üzrə cinayət məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanaraq 9 şəxs barəsində istintaq orqanının vəsatəti üzrə müvafiq məhkəmənin qərarı əsasında həbs-qətimkan tədbiri seçilmişdir.

Həmin işlərdən 4-ü üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmiş, 4 cinayət işi üzrə isə istintaq davam etdirilir.

Eyni zamanda, "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlərlə bağlı idarədə aparılan araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə və Nəqliyyat nazirliklərinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müvafiq təqdimatlar verilmiş, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam qaydasında cəzalandırılmış, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rayon Əhalinin Sosial Müdafiə Mərkəzlərinin fəaliyyətində aşkar edilmiş korrupsiya hüquqpozmalarına və cinayət faktlarına şərait yaradan hallar barədə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına müvafiq məlumat göndərilmişdir.

Cari ilin birinci yarısında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin istintaq şöbəsində 159 cinayət işinin ibtidai araşdırması həyata keçirilmişdir. Həmin cinayət işləri əsasən rüşvət alma (passiv rüşvətxorluq), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talama və digər faktlarla əlaqədar olmuşdur.

İstintaq şöbəsi 98 şəxs barəsində 56 cinayət işinin istintaqını tamamlayaraq baxılması üçün məhkəməyə göndərmişdir. İdarə tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma faktlarının aşkar edilməsi və bu cür əməllərə yol vermiş təqsirli şəxslərin ifşa olunmaqla cinayət məsuliyyətinə cəlb edilməsinə xüsusi diqqət yetirilmişdir. Hesabat dövründə qeyd edilən fakta görə 2 cinayət işi üzrə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması hallarına yol vermiş 4 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, cinayət işləri üzrə istintaq tamamlanmış və baxılması üçün müvafiq məhkəməyə göndərilmişdir.

İstintaqı aparılmış və hazırda icraatda olan cinayət işləri, habelə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlarla bağlı cinayət işinin başlanılması rədd edilmiş materiallar üzrə fizikihüquqi şəxslərin hüquqları bərpa edilərək onlara vurulmuş 2 milyon 588 min manat ziyanın ödənilməsi təmin edilmişdir.

Korrupsiya cinayətlərinin təhlükəli növlərindən olan rüşvətxorluğa qarşı mübarizə prokurorluq orqanlarının daim diqqət mərkəzində saxlanılmaqla bu kateqoriyadan olan cinayət faktlarının aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Belə ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Səbail rayon bələdiyyəsinin sədr müavini və hüquqşünası torpaq sahələri ilə təmin edilmə barədə məhkəmə qərarının icrası üçün 8 min manat, Yasamal rayonu 60 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi xidməti yaşayış sahəsi kimi verilmiş mənzilin özəlləşdirilməsinə kömək etmək məqsədilə 3 min manat rüşvət alarkən cinayət başında yaxalanmışlar. Aparılmış istintaq zamanı göstərilən cinayətlərin törədilməsi ilə əlaqədar olan digər şəxslər də müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmişlər.

Korrupsiyaya qarşı mübarizədə qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilmiş, bu əməkdaşlığın təzahürü kimi 2011-ci il aprelin 15-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komissiyası, Baş Prokurorluğunkorrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə ilə bağlı forum keçirilmişdir.

Forumun keçirilməsində məqsəd dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının səmərəli dialoqunun qurulmasına və dövlət başçısının korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən etdiyi siyasətinin daha səmərəli şəkildə həyata keçirilməsinə kömək etmək olmuşdur.

Korrupsiyaya qarşı mübarizədə digər tədbirlərlə yanaşı, qabaqlayıcı vasitələrdən də geniş istifadə olunmuş, müvafiq təhlillər aparılmaqla korrupsiyaya daha çox məruz qalmış sahələr, pozuntuların baş verməsinə şərait yaradan səbəblər müəyyən edilmiş, habelə konkret sahələr üzrə korrupsiya hüquqpozmalarının aradan qaldırılmasına dair təkliflər hazırlanaraq Korrupsiyaya qarşı Mübarizə Komissiyasına göndərilmişdir.

Bu müddət ərzində bir sıra qurumlarda korrupsiya hüquqpozmaları barədə müraciətlərə baxılması vəziyyəti və bəzi sahələrdə mövcud olan korrupsiya hüquqpozmaları ilə əlaqədar təhlillər aparılmış, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə təqdimatlar verilmişdir.

Cinayət xarakterli materiallar və istintaqı başa çatdırılmış işlər üzrə verilmiş təqdimatlara əsasən bir sıra işçilər intizam qaydasında cəzalandırılmış, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlər görülmüşdür. Bir sıra hallarda idarədə aparılmış ümumiləşdirmələr və təhlillər barədə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya məlumat verilmişdir.

Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, digər dövlətlərin hüquq-mühafizə orqanları və ixtisaslaşdırılmış antikorrupsiya qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Hesabat dövrü ərzində Avropa İttifaqının Şərqi Əməkdaşlıq və Qonşuluq Siyasəti kontekstində həyata keçirilən və Avropa standartlarına uyğun şəkildə təşkilati quruluş prosesinə dəstək vermək məqsədi daşıyan Tvinninq Proqramı çərçivəsində Avropa İttifaqının ekspertləri ilə birgə hazırlanmış və Litva Respublikasının Xüsusi İstintaq Xidməti ilə birgə həyata keçirilən "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəstək" layihəsi uğurla davam etdirilmişdir.

Layihə çərçivəsində idarə əməkdaşları Avstriyanın Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyası və Avstriya Daxili İşlər Nazirliyinin "Kobra" Xüsusi Tapşırıqlar Bölüyünün fəaliyyəti ilə tanış olmuş, habelə ekspertlərin iştirakı ilə bir sıra təcrübə seminarları keçmişlər.

Layihənin daha 5 ay müddətinə uzadılması barədə tərəfdaşların razılığa gəlməsi ümumilikdə işin müsbət dəyərləndirilməsi üçün əhəmiyyətli göstərici sayıla bilər. Həmin müddət ərzində qarşılıqlı əməkdaşlıq üçün prioritetin əsasən idarənin yeni əldə etdiyi əməliyyat-axtarış funksiyasının təkmilləşdirilməsinə yönələcəyi nəzərdə tutulmuşdur.

Ölkəmizin hüquq sistemi, habelə həyata keçirilmiş mütərəqqi məhkəmə-hüquq islahatları ilə tanışlıq, hüquq-mühafizə orqanları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi məqsədilə Litva Respublikasının Baş prokuroru cənab Darius ValisLitva Xüsusi İstintaq Xidmətinin Baş direktoru cənab Zimantas Paseviçiusun 2011-ci il aprelin 26-dan 29-dək Azərbaycanda səfərdə olmuşlar.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə Litva Respublikasının Xüsusi İstintaq Xidməti arasında "Davamlı Əməkdaşlıq haqqında" Memorandum imzalanmışdır.

Hər iki dövlətdə tərəflərin səlahiyyətlərinə aid edilmiş idarələrarası münasibətlərin genişləndirilməsində qarşılıqlı maraqlara əsaslanan Memorandumda korrupsiya və digər növ hüquqpozmaların araşdırılması, qarşısının alınması sahəsində potensialın daha da artırılması məqsədilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq barədə razılıq əldə edilmişdir.

Hesabat dövründə Azərbaycan Respublikasının həmtəsisçilərindən biri olduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının cari ilin yanvarın 16-dan 19-dək Sinqapur şəhərində keçirilmiş xüsusi yığıncağında iştirak edən idarə rəisi Kamran Əliyev assosiasiyanın strateji planının hazırlanmasında yaxından iştirak etmişdir.

Hesabat dövrü ərzində, həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində Azərbaycanın Avropaya inteqrasiyasının dərinləşdirilməsi kontekstində dövlət qurumları və vətəndaş cəmiyyəti institutları nümayəndələrinin iştirakı ilə Avropa İttifaqı və Avropa Şurasının birgə həyata keçirdikləri "Düzgün idarəçilik və korrupsiyaya qarşı mübarizə üzrə yardımçı layihə"nin başlanılması məqsədilə başlanğıc görüşü keçirilmişdir. Görüş zamanı iclas iştirakçıları arasında adıçəkilən layihənin məqsədləri və ehtiyacları barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

Hesabat dövrü ərzində idarənin əməkdaşları, həmçinin bir çox "dəyirmi masa", konfransseminarlar, ictimai dinləmələrdə iştirak etmişlər.

Hesabat dövrü ərzində İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planına müvafiq olaraq Azərbaycan Respublikası üzrə II raund dəyərləndirmə hesabatında verilmiş tövsiyələrin icrası istiqamətində bir sıra mühüm addımlar atılmışdır.

Belə ki, həmin tövsiyələr sırasında yer alan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi, idarəyə əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyətinin verilməsi, habelə dövlət orqanları tərəfindən hazırlanmış bütün informasiya sistemləri, məlumat bazaları və reyestrlərə çıxış imkanının yaradılması kimi tövsiyələr artıq tam icra olunmuş, digər tövsiyələrin icrası istiqamətində isə əhəmiyyətli işlər görülmüşdür. İdarə əməkdaşları tərəfindən mütəmadi olaraq həmin tövsiyələrin icrası diqqətdə saxlanılmaqla bu sahədə qüvvədə olan qanunvericilik aktlarına dair müvafiq əlavə və dəyişikliklər edilməsi barədə təkliflər hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilir.

Bu müddət ərzində Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlətlər Qrupunun (GRECO) Azərbaycan üzrə III raund dəyərləndirmə hesabatında kriminallaşdırma sahəsində verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində bir sıra tədbirlər görülmüşdür.

Belə ki, idarə tərəfindən Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeyd hissəsinə müvafiq əlavə və dəyişikliklərin edilməsi yolu ilə xarici vəzifəli şəxslərin, xarici seçkili orqanların üzvlərinin, beynəlxalq məhkəmələrin bütün hakimlərinin və vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların, parlament assambleyalarının bütün vəzifəli şəxslərinin, yerlixarici arbitrlərin, yerlixarici andlı iclasçıların "vəzifəli şəxs" anlayışına daxil edilməsi, aktivpassiv rüşvətxorluq cinayətlərində "təklif", "vəd", "təklif və ya vədin qəbul edilməsi" anlayışlarının, qanunsuz varlanmanın kriminallaşdırılması və bir sıra digər tövsiyələrin yerinə yetirilməsi məqsədi ilə mövcud qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi barədə təkliflər hazırlanmaqla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilmişdir.

Ötən dövr ərzində korrupsiya ilə mübarizə sahəsində əldə edilmiş nailiyyətlər, dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlər idarə əməkdaşlarının "Azərbaycan" və digər rəsmi qəzetlərdə dərc edilmiş məqalə və müsahibələrində əks etdirilmiş, "AzTV", habelə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə Komissiyası və İctimai televiziyanın birgə layihəsi olan "Korrupsiyaya yox" televiziya verilişlərində işıqlandırılmışdır.

Hesabat dövrü ərzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" sənədli filmlər studiyası tərəfindən "Korrupsiyaya qarşı hamılıqla mübarizə" adlı sənədli film çəkilmişdir.

Yarım saatdan bir qədər artıq davam edən filmdə korrupsiya anlayışına tarixi, nəzəri aspektlərdən qiymət verilmiş, bu sosial bəlaya qarşı ölkəmizdə aparılan davamlı və məqsədyönlü mübarizə tədbirləri xüsusi vurğulanmış, hələ 1994-cü ildən başlamaqla dövlətimizin siyasi iradəsinin təzahürü olaraq korrupsiyaya qarşı mübarizə sahəsində imzalanmış fərmanlar, qəbul edilmiş qanunlar barədə tamaşaçılara məlumat verilmişdir.

Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən bundan sonra da korrupsiya cinayətlərinin qarşısının alınması, aşkar edilməsi, istintaqı və təqsirləndirilən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2011.-16 iyul.-S.3.