Ermənistan günahsız uşaqların
qətlə
yetirilməsini davam etdirir
Milli Məclisin Sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova qurumun sədrinə müraciət edib:
"Ötən həftə ATƏT PA-nın
"ATƏT-in səmərəliliyinin və effektivliyinin
möhkəmləndirilməsi: Astana sammitindən sonra yeni başlanğıc" mövzusunda
Belqradda keçirilmiş
yay sessiyasında qəbul olunan
və həlli uzanan münaqişələrin,
o cümlədən Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini ehtiva edən bəndin də yer
aldığı Belqrad Bəyannaməsinin
mürəkkəbi qurumamış Ermənistan tərəfi
yenə də destruktiv addımlar atır.
Bildiyiniz kimi, Azərbaycanın
Tovuz rayonunun Əlibəyli
kəndində Ermənistanın törətdiyi vandalizm aktı nəticəsində 13
yaşlı Şahmalıyeva Aygün həyatını
itirib. Danışıqlar prosesinin intensivləşdiyi, Minsk
qrupu həmsədrlərinin regiona səfəri və iki
ölkənin xalqları arasında etimadın
yaradılması istiqamətində səylərin müzakirə
olunduğu bir vaxtda partlayıcı maddə ilə doldurulmuş uşaq
oyuncağını çay vasitəsilə
Azərbaycan tərəfinə göndərən Ermənistan
günahsız uşaqların qətlə yetirilməsinə
yönələn çirkin siyasətini davam etdirir. Yuxarıda
göstərilən vandalizm hadisəsindən
dərin narahatlığımızı ifadə edir, məsələyə münasibət
bildirməyinizi sizdən xahiş edirik".
Azərbaycan.-2011.-16 iyul.-S.4.