Azərbaycan
Prezidenti İlham Əliyev
Pakistanın ölkəmizdə yeni təyin
olunmuş səfirinin etimadnaməsini qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 18-də Pakistan İslam Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri İnayatullah Kakarın etimadnaməsini qəbul
etmişdir.
Səfir fəxri qarovul dəstəsinin önündən
keçdi. İnayatullah Kakar etimadnaməsini Prezident İlham Əliyevə
təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə
söhbət etdi.
Azərbaycanla Pakistanın yaxın və dost ölkələr
olduğunu vurğulayan dövlətimizin
başçısı ölkələrimiz arasında
münasibətlərin müttəfiqlik səviyyəsində
olduğunu dedi. İkitərəfli münasibətlərin
uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev
bütün beynəlxalq təşkilatlarda ölkələrimizin
bir-birini dəstəkləməsinin önəmini
vurğuladı. Azərbaycanla Pakistan arasında siyasi əlaqələri
daha da möhkəmləndirməyin vacibliyini xatırladan
dövlətimizin başçısı iqtisadi əlaqələrin
inkişafı üçün də yaxşı
potensialın olduğunu bildirdi. Prezident İlham Əliyev
İnayatullah Kakarın ölkəmizdəki diplomatik fəaliyyəti
dövründə ikitərəfli əlaqələrin daha da
genişlənəcəyinə əminliyini söylədi və
səfirə fəaliyyətində uğurlar arzuladı.
Səfir İnayatullah Kakar Pakistan İslam
Respublikası rəhbərliyinin salamlarını Azərbaycan
dövlətinin başçısına çatdırdı.
O, ikitərəfli əlaqələrin səviyyəsinin
razılıq doğurduğunu vurğulayaraq iqtisadi əlaqələrin
inkişafı üçün də geniş imkanların
olduğunu dedi. Pakistanlı diplomat ölkəmizdəki
diplomatik fəaliyyəti dövründə münasibətlərin
daha da inkişaf etdirilməsi üçün səylərini
əsirgəməyəcəyini vurğuladı.
Dövlətimizin başçısı Pakistan
İslam Respublikası rəhbərliyinin salamlarına görə
minnətdarlığını bildirdi, onun da
salamlarını Pakistanın dövlət rəhbərlərinə
çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2011.- 19 iyul.- S. 1.