Qəbələdə pianoçuların II Beynəlxalq

müsabiqəsi başlanmışdır

 

 

İyulun 15-də Qəbələ şəhərində Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə III Beynəlxalq musiqi festivalı çərçivəsində pianoçuların II Beynəlxalq müsabiqəsi başlamışdır.

AzərTAc xəbər verir ki, açılışı "Qafqaz Resorte" otelində təşkil olunan müsabiqənin püşkatma mərasimi keçirilmişbirinci turun dinləmələri olmuşdur.

Azərbaycan, Çin, Koreya Respublikası, Rusiya, Türkiyə, Gürcüstan, Yaponiya, MeksikaUkraynadan 18 istedadlı pianoçunun təmsil olunduğu bu müsabiqədə 35 yaşadək gənclər istedadlarını nümayiş etdirirlər. Müsiqi yarışmasında Azərbaycan gənc pianoçu Nərgiz Kəngərli ilə təmsil olunur.

Müsabiqənin davam etdiyi günlərdə iştirakçılar dünyaAvropa bəstəkarlarının, həmçinin görkəmli Azərbaycan musiqiçisi Tofiq Quliyevin əsərlərini ifa edəcəklər.

Ümumilikdə 3 turdan ibarət olacaq pianoçuların II Beynəlxalq müsabiqəsinin birinci turu iyulun 15-16-da, ikinci turu 17-18-də, üçüncü turu isə 19-20-də keçiriləcəkdir. İyulun 22-də finala vəsiqə qazanmış qaliblərlə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinın birgə konserti olacaqdır.

Müsabiqənin ilk turunda gənc pianoçular dünya şöhrətli bəstəkarlardan İ.S.Baxın "PrelüdFuqa" əsərini, V.M.Motsart və Y.Haydnın "Sonata"sını, F.Şopenin "Virtuoz etüdü" səsləndirmişlər.

Beynəlxalq müsabiqənin münsiflər heyətinə dünya şöhrətli musiqiçilər Serjio Pertikaroli (İtaliya), Xoakin Soriano (İspaniya), Manana Doijaşvili (Gürcüstan), Validə Rəsulova (Azərbaycan-ABŞ), Oqtay Abasquliyev (Azərbaycan), Oksana Yablonskaya (ABŞ), Stin Nokleberq (Norveç), Mirtala Salazar (Meksika), Yu Su Hyun (Koreya), Jeremi Sipman (ABŞ-İngiltərə), Leonid Rozenberq (İsrail), Ju Kenq (Çin-ABŞ) daxildirlər. Münsiflər heyətinin sədri BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskayadır.

Müsabiqə çərçivəsində amerikalı pianoçu Oksana Yablonskayanın rəhbərliyi ilə gənc ifaçılar üçün dünya şöhrətli musiqiçilərin və münsiflər heyətinin tanınmış üzvlərinin ustad dərsləri təşkil olunacaqdır.

Xatırladaq ki, pianoçuların I Beynəlxalq müsabiqəsi də 2009-cu ildə Qəbələdə keçirilmişdi.

Pianoçuların beynəlxalq müsabiqəsi yeni istedadların aşkarlanmasına, gənclərin peşəkarlarla görüşünə və onlardan bu sahənin incəliklərini öyrənməyə imkan verir.

 

Azərbaycan.-2011.-16 iyul.-S.5.