Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının yeni inzibati binası istifadəyə verilmişdir

 

İyulun 19-da Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Ümumi sahəsi 120 kvadratmetrə yaxın olan inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli liderin və Prezident İlham Əliyevin fəaliyyətini, o cümlədən YAP-la bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılmışdır. 50 nəfərlik iclas zalı, bütün otaqlar lazımi avadanlıqla təchiz olunmuş, təşkilatın daha səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

Yeni binada istilik sistemi də quraşdırılmış, ətraf ərazidə yaşıllıq zolağı salınmış, dekorativ ağaclar əkilmişdir.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 20 iyul.- S.1.