Mirzə İbrahimovun 100 illik
yubileyinin keçirilməsi haqqında
Azərbaycan
Respublikasının Prezidentinin sərəncamı
2011-ci
ilin oktyabr ayında Azərbaycanın xalq
yazıçısı, dramaturq, ədəbiyyatşünas və
publisist, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və
Azərbaycan Respublikasının Dövlət
mükafatları laureatı, akademik Mirzə Əjdər
oğlu İbrahimovun 100 illiyi tamam olur. XX əsr ədəbiyyatımızın
tanınmış simalarından biri kimi onun meydana gətirdiyi
əsərlərdə dövrün və zamanın dolğun
mənzərəsi yaradılmışdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, milli ədəbi-estetik fikrin
inkişafı sahəsində təqdirəlayiq xidmətlər
göstərmiş Mirzə İbrahimovun 100 illik yubileyinin
keçirilməsini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi,
Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə
almaqla, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə birlikdə xalq
yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinə
həsr olunmuş tədbirlər planını
hazırlayıb həyata keçirsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan.- 2011.- 20 iyul.- S.3.