Nazirlər Kabineti iyul ayında daha
bir neçə yeni qərar qəbul etmişdir
Nazirlər
Kabineti iyul ayında daha bir neçə yeni qərar qəbul
etmişdir.
"Prokurorluq
haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə
haqqında" və "Əmək pensiyaları
haqqında" Azərbaycan Respublikasının qanunlarına
dəyişikliklər və əlavələr edilməsi barədə"
Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli
895-IIIQD nömrəli Qanununun tətbiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il
18 noyabr tarixli fərmanına əsasən Nazirlər Kabineti
"Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi
ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən
kirayə götürülmüş mənzildə yaşayan
prokurorluq işçilərinə pul kompensasiyasının məbləği
və verilməsi Qaydası"nın təsdiq edilməsi
haqqında" qərar qəbul etmişdir.
Qərar
iyulun 12-dən qüvvəyə minmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli sərəncamı
ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan
Respublikasında sığorta-pensiya sisteminin inkişafına
dair Dövlət Proqramı"nın 2.5-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Nazirlər
Kabineti "Məcburi dövlət sosial sığortası
üzrə ödəmələrin və əmək qabiliyyətini
müvəqqəti itirmiş işçilərə
sığorta edənin vəsaiti hesabına ödənilən
müavinətin hesablanması və ödənilməsi
haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə"
özünün 1998-ci il 15 sentyabr tarixli qərarında dəyişikliklər
edilməsi haqqında qərar qəbul etmişdir.
Qərar
iyulun 13-dən, 1.15.3-cü yarımbəndi isə 2014-cü
il yanvarın 1-dən qüvvəyə minir.
"Bir
sıra mərkəzi icra hakimiyyəti orqanlarının
strukturlarının təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli sərəncamının
14.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Nazirlər Kabineti "Azərbaycan Respublikası
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı"nın təsdiq edilməsi haqqında"
qərar qəbul etmişdir.
"Əlilliyin
və uşaqların sağlamlıq imkanları məhdudluğunun
qarşısının alınması, əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların
reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2011-ci il 4 mart tarixli 85-IVQD
nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli fərmanının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Nazirlər Kabineti Azərbaycan SSR Nazirlər Sovetinin
1983-cü il 14 oktyabr tarixli qərarı ilə təsdiq
edilmiş "Azərbaycan SSR ərazisində mənzil şəraitini
yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları
uçota götürməyin və yaşayış sahələrini
bölüşdürməyin Nümunəvi
Qaydaları"nda dəyişiklik edilməsi barədə qərar
qəbul etmişdir.
Hər
iki qərar iyulun 14-dən qüvvəyə minmişdir.
"Azərbaycan
Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il
27 dekabr tarixli sərəncamının 2.1-ci bəndinin
icrasının təmin edilməsi məqsədi ilə Nazirlər
Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna
daxil olmayan qurumların Siyahısı"nın təsdiq
edilməsi haqqında" qərar qəbul etmişdir.
Qərar
iyulun 15-dən qüvvəyə minmişdir.
Konstitusiyanın
119-cu maddəsinin dördüncü abzasına əsasən
Nazirlər Kabineti özünün 2007-ci il 6 aprel tarixli qərarı
ilə təsdiq edilmiş "Büdcə ili ərzində
vahid xəzinə hesabında olan vəsaitin
qalığının (sərbəst qalığın) idarəetməyə
verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi
barədə" qərar qəbul etmişdir.
Dövlət
büdcəsindən maliyyələşən idarə, müəssisə
və təşkilatlar tərəfindən xidməti minik,
xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin
alınması və istismarı zamanı büdcə vəsaitlərinin
səmərəli istifadə olunmasını təmin etmək,
bu sahədə nəzarəti gücləndirmək və
normativ hüquqi bazanı təkmilləşdirmək məqsədi
ilə Nazirlər Kabineti "Azərbaycan Respublikasında
dövlət büdcəsindən maliyyələşən
idarə, müəssisə və təşkilatlarda nəqliyyat
vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi
haqqında" qərar qəbul etmişdir.
Konstitusiyanın
119-cu maddəsinin səkkizinci abzasına əsasən Nazirlər
Kabineti "Azərbaycan Respublikası vergi orqanlarının bəzi
məsələləri haqqında" özünün
2010-cu il 25 noyabr tarixli qərarında dəyişikliklər
edilməsi barədə qərar qəbul etmişdir.
Hər
üç qərar iyulun 18-dən qüvvəyə
minmişdir.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata
görə, bu qərarların tam mətni ilə Nazirlər
Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və
Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda
tanış olmaq mümkündür.
Azərbaycan.-
2011.- 20 iyul.- S.3.