Ömürlük azadlıqdan məhrum
olunmuş şəxslərlə bağlı növbəti
regional konfrans keçirilmişdir
"Beynəlxalq
Həbsxana İslahatları" (PRİ) təşkilatının
Mərkəzi Ofisinin təşəbbüsü ilə Tbilisidə
"Cənubi Qafqazda ömürlük azadlıqdan məhrum
olunmuş şəxslərin saxlanma şəraiti və
onlarla rəftar" mövzusunda növbəti regional konfrans
keçirilmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, konfransda Azərbaycan, Gürcüstan və Ermənistanda ömürlük azadlıqdan məhrum olunmuş şəxslərin saxlanma şəraiti və onlarla rəftarla bağlı aparılmış tədqiqatların nəticələrinə dair məruzələr dinlənilmişdir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, ədliyyə polkovniki Mehman Sadıqov tədbirdə çıxış etmiş və "Azərbaycan Respublikasında ömürlük azadlıqdan məhrumetmə təcrübəsi, bu sahədə qanunvericilik bazası, ömürlük azadlıqdan məhrumetmə cəzasının tətbiq olunma əsasları, habelə ömürlük azadlıqdan məhkum olunmuş şəxslərin saxlanma şəraiti" mövzusunda təqdimat keçirmişdir.
Tədbir çərçivəsində bu sahədə beynəlxalq qanunvericiliyin tələbləri, ömürlük azadlıqdan məhrum edilmiş şəxslərlə rəftar, onların hüquqlarının qorunması üzrə beynəlxalq təcrübə ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.-
2011.- 20 iyul.- S.4.