"Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq olunması haqqında

 

"Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 1320 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

1. "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilsin (əlavə olunur).

2. Bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin;

3.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyul 2011-ci il

 

Azərbaycan.-2011.-21 iyul.-S.1.