Türkiyəli jurnalistlərin Azərbaycana
səfərinin əsas məqsədi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi və onun
ağır nəticələrinin ölkə ictimaiyyətinə
daha dolğun çatdırılmasıdır
İyulun 20-də
Baş nazirin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov
ölkəmizdə səfərdə olan Türkiyə
kütləvi informasiya vasitələrinin nümayəndələri
ilə görüşmüşdür.
Ə.Həsənov
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin tarixindən, ermənilərin törətdikləri
vəhşiliklərdən danışmış, Azərbaycan
ilə Türkiyənin uğurlu münasibətlərinə
toxunmuşdur. Diqqətə çatdırmışdır ki,
erməni problemi bütün türk dünyasının
problemidir. Azərbaycan ilə Türkiyənin diasporları ermənilərə
qarşı birgə mübarizəni daha da gücləndirməlidir.
Əli Həsənov
Azərbaycan dövlətinin məcburi köçkünlərin
həyat şəraitinin yaxşılaşdırılması
istiqamətində həyata keçirdiyi tədbirləri qeyd
edərək vurğulamışdır ki, ölkəmizdə
son 20 ildə qaçqın və məcburi
köçkünlərin problemlərinin həllinə 4,5
milyard ABŞ dolları məbləğində vəsait sərf
olunmuşdur. Bunun 2,6 milyard dolları büdcə vəsaiti, 1
milyard dolları Dövlət Neft Fondunun vəsaiti, 900 milyon
dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir.
Humanitar təşkilatlara
Azərbaycan hökuməti adından minnətdarlığını
bildirən Əli Həsənov demişdir ki, hökumət bu
gün qaçqın və məcburi köçkünlərin
sosial problemlərini tam həll etmək iqtidarındadır.
Buna baxmayaraq, qaçqın və məcburi
köçkünlərin beynəlxalq qurumlarla ünsiyyət
qurması, xarici mütəxəssislərin ölkəmizlə
tanışlıq imkanı və çoxtərəfli
inteqrasiya prosesləri baxımından Azərbaycan hökuməti
beynəlxalq donorların fəaliyyətini əlverişli
hesab edir. Türkiyənin Azərbaycanda fəaliyyət
göstərən beynəlxalq humanitar təşkilatlarına
təşəkkür edən Baş nazirin müavini vurğulamışdır
ki, 1995-2010-cu illərdə bu qardaş ölkənin humanitar təşkilatları
Azərbaycana 6 milyon dollar məbləğində yardım
etmişlər. Ə.Həsənov qaçqın və məcburi
köçkünlərin yaşayış yerləri,
onların sosial problemlərinin həlli istiqamətində
görülən işlər barədə də məlumat
vermişdir.
Görüşdə
iştirak edən Türkiyənin "Radikal",
"Hürriyyət", "Todays Zaman", "Zaman",
"Milliyyət" və "Haber Türk" kimi
nüfuzlu qəzetlərinin nümayəndələri diqqətə
çatdırmışlar ki, səfərin məqsədi
ölkəmizin tarixi, mədəniyyəti, dövlətçilik
ənənəsi, iqtisadi potensialı barədə məlumatların,
ən əsası isə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi və onun
ağır nəticələrinin Türkiyə ictimaiyyətinə
daha dolğun çatdırılmasına, daha çox
informasiya mübadiləsinə və qarşılıqlı əlaqələrin
daha da genişlənməsinə dəstək göstərməkdir.
Görüşdə
maraq doğuran digər məsələlər müzakirə
edilmiş, suallar cavablandırılmış, qonaqlara
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən
disk təqdim edilmişdir.
AzərTAc
Azərbaycan.-2011.-21
iyul.-S2.