Erməni riyakarlığı nəticəsində Azərbaycana dəyən zərər ümumilikdə 68 milyard ABŞ dollarından çoxdur

 

İyulun 20-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) təşəbbüsü ilə Milli Mətbuatımızın 136-cı ildönümünə həsr olunmuş "Erməni təcavüzü insanlığın sosial-iqtisadi fəlakətləri" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, Türkiyənin ölkəmizdə səfərdə olan media təmsilçilərinin qatıldıqları tədbiri giriş sözü ilə açan ASRP-nin sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı "dəyirmi masa"nın əhəmiyyətindən danışmış böyük inkişaf yolu keçmiş Azərbaycan mətbuatı ilə bağlı ürək sözlərini söyləmişdir.

Təmsil etdiyi qurumun seçilmiş mövzuya uyğun mütəmadi tədbirlər keçirdiyini müəyyən araşdırmalar apardığını diqqətə çatdıran partiya sədri vurğulamışdır ki, Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycana deyil, bütün region ölkələrinə əhalisinə ciddi sosial-iqtisadi fəlakət yaratmışdır. Müharibə vəziyyətində olan ölkəmiz hər zaman erməni riyakarlığı erməni havadarlarının saxta informasiya savaşı ilə üz-üzədir. Odur ki, belə hallara müqavimət göstərilməli ciddi mübarizə aparılmalıdır.

X.Kazımlı demişdir ki, Dağlıq Qarabağ ətraf rayonların işğalı, o cümlədən 20 il ərzində bölgədə gərginliyin saxlanılması yerli infrastrukturun dağılmasına, inkişafın qarşısının alınmasına səbəb olmuşdur, minlərlə insanı sosial-iqtisadi hüquqlarından məhrum etmişdir.

Azərbaycanın bugünkü inkişafının əsasını qoyan ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini diqqətə çatdıran natiq vurğulamışdır ki, Ali Baş Komandanın səyi yorulmaz fəaliyyəti sayəsində torpaqlarımız tez bir zamanda düşmən tapdağından azad olunacaqdır.

Tədbirdə Azərbaycan Sosial Rifah Partiyası Mətbuat Şurasının birgə təşəbbüsü ilə bir il bundan əvvəl təsis edilmiş Avrasiya ölkələri üzrə Beynəlxalq mətbuat informasiya həmrəyliyi mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verilmişdir.

Bildirilmişdir ki, mərkəzin yaradılmasında əsas məqsədi - dünyanın ayrı-ayrı ölkələrində baş verən hadisələrin tarixi həqiqətlərin digər ölkənin həmin qurumda təmsil olunan yerli müəlliflərinin imzası ilə mətbuat səhifələrinə çıxarılmasıdır.

Sonra çıxış edən ASRP-nin Ali Məclisinin sədri Həmid Verdixanov, professor Məmmədəli Paşayev, "Azərbaycan" qəzetinin Baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov başqaları mövzu ilə bağlı fikir təkliflərini bildirmişlər.

Diqqətə çatdırılmışdır ki, erməni riyakarlığı nəticəsində Azərbaycana dəyən zərər ümumilikdə 68 milyard ABŞ dolları təşkil edir ki, bu da Qafqaz regionunun firavan həyatı üçün 10 illərlə bəs edərdi.

Sonda tədbir iştirakçıları adından Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanat qəbul olunmuşdur.

 

 

Azərbaycan.-2011.-21 iyul.-S.1.