Bakıda "Müdafiə Nazirliyi və Parlament əlaqələri" mövzusunda ikigünlük seminar keçirilir
İyulun 20-də Bakıda "Müdafiə
Nazirliyi və Parlament
əlaqələri" mövzusunda ikigünlük seminar
başlamışdır.
Corc Marşal adına Avropa
Təhlükəsizlik Araşdırmaları Mərkəzi
mütəxəssislərinin aparacaqları seminar
Azərbaycanın Müdafiə Nazirliyi və
ABŞ-ın Avropa Komandanlığı
arasında imzalanmış "Hərbi əməkdaşlıq
üzrə iş planı"na uyğun təşkil olunmuşdur.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, seminarda
hərbi-mülki əlaqələr, silahlı qüvvələrə
demokratik nəzarət, hərbin rolu, hərbi peşəkarlığın
özəlliyi, hərbi sahədə parlament
nəzarəti və digər mövzularda
müzakirələr aparılacaqdır.
Tədbirdə
Müdafiə Nazirliyinin, Prezident
Administrasiyasının, Milli Məclisin,
ölkənin güc strukturlarının
və digər nazirliklərin nümayəndələri iştirak edirlər.
Azərbaycan.-2011.-21
iyul.- S.2.