Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında türkiyəli jurnalistlərlə görüş keçirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Azərbaycanda səfərdə olan türkiyəli jurnalistlərlə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, görüşdə Türkiyənin və Azərbaycanın qeyri-hökumət təşkilatlarının, eləcə də medianın əməkdaşlığı məsələləri müzakirə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev türkiyəli qonaqlara təşkilatın gördüyü işlər, qarşıda duran layihələr və digər məsələlər barədə ətraflı məlumat vermişdir.

Qeyd edək ki, Türkiyədən Azərbaycana gələn media nümayəndələrindən ibarət heyət bir neçə gündür ölkəmizdədir.

 

 

Azərbaycan.-2011.-21 iyul.-S.2.