Moskvada Xəzərin
hüquqi statusu barədə
Konvensiyanın hazırlanması üzrə xüsusi
işçi qrupunun növbəti iclası başa
çatmışdır
Moskvada Xəzər dənizinin hüquqi
statusu barədə Konvensiyanın hazırlanması üzrə
beş Xəzəryanı dövlətin xarici işlər
nazirlərinin müavinləri səviyyəsində xüsusi
işçi qrupunun ikigünlük iclası başa
çatmışdır. Ekspert qrupunun işində Azərbaycan
xarici işlər nazirinin müavini Xələf Xələfov
başda olmaqla, mötəbər nümayəndə heyəti
iştirak etmişdir.
İclas çərçivəsində
2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş
Üçüncü Xəzər zirvə
görüşünün qərarlarının icrası, Xəzər
dənizinin hüquqi statusu barədə Konvensiya layihəsinin
müddəalarının razılaşdırılması
üzrə işlər davam etdirilmişdir. Tərəflər
Bakı zirvə görüşünün qərarlarının
yerinə yetirilməsinə dair işlərin sürətləndirilməsinin
əhəmiyyətini vurğulamışlar. Rusiyada
keçiriləcək dördüncü Xəzər zirvə
görüşünə hazırlıq məsələləri
müzakirə edilmişdir.
Tərəflər xüsusi
işçi qrupunun dostluq və qarşılıqlı
anlaşma şəraitində keçmiş, Xəzərin
hüquqi statusu üzrə ümumi razılaşmaların əldə
olunmasına layiqli töhfə vermiş 29-cu iclasının
yekunlarını müsbət qiymətləndirmişlər.
Xüsusi işçi qrupunun növbəti
iclası növbəlilik əsasında Astanada keçiriləcəkdir.
Keçirilməsi tarixi diplomatik kanallarla razılaşdırılacaqdır.
Asya HACIZADƏ,
AzərTAc-ın
xüsusi müxbiri
Moskva
Azərbaycan.-2011.-21
iyul.- S.2.