İl ildən uğurlu
gəlir
İl yarı olub. 6 ayda
görülən işlər artıq göz
qabağındadır. İlkin yekunlar göstərir ki, Gədəbəy
rayonunda həmişə olduğu
kimi, cari ilin ötən aylarında da
qarşıda duran vəzifələr uğurla yerinə yetirilir.
Nazirlər
Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasının materialları müzakirə edilərkən bu barədə geniş
söhbət getdi. İcra
hakimiyyətinin başçısı Kamran
Rzazadə Prezident İlham
Əliyevin qarşıya qoyduğu vəzifələr
barədə danışdı və həmin tələblər baxımından rayonun sosial-iqtisadi vəziyyətini
ətraflı təhlil etdi, mövcud problemlərin həlli ilə
bağlı fikirlərini bildirdi.
Sonra "Sukanal" idarəsinin rəisi
Yaşar Hüseynovun,
təhsil şöbəsinin müdiri Ramiz Məmmədovun, Poçtamtın rəisi
Ramin Cəfərovun, Nərimankənd bələdiyyəsinin
sədri Mirvari Alıyevanın və
başqalarının çıxışları dinlənildi. Yekdilliklə qeyd
olundu ki, Gədəbəy
rayonunda regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının tələblərindən
irəli gələn vəzifələr hər sahədə uğurla yerinə yetirilir.
Cari ilin birinci yarısında ÜDM istehsalının
həcmi 51,7 milyon manat
olmuşdur ki, bu da nəzərdə tutulduğundan xeyli çoxdur.
Kənd təsərrüfatı
məhsulları istehsalında, pərakəndə əmtəə
dövriyyəsində, xidmət və digər sahələrdə
də ötən ilin müvafiq
dövründəkinə nisbətən artım əldə olunub. Rayon üzrə orta aylıq əməkhaqqı artaraq 252 manata
çatıb.
İlkin müşahidələr göstərir
ki, maldarlıq üzrə, eləcə də
kartof, buğda və
qarğıdalı əkini sahələrində məhsuldarlıq
keçən ildəkinə nisbətən yüksək olacaq. 6 ay ərzində rayon büdcəsinin mədaxili 11,9 milyon manata qarşı
13,2 milyon manat təşkil
edib.
Toplantıda
abadlıq və quruculuq işlərindən
də danışıldı. Qeyd olundu ki, rayonun
mərkəzində, eləcə də ən ucqar
yaşayış məntəqələrində sosial obyektlərin, fərdi evlərin, inzibati binaların icrasına xüsusi
əhəmiyyət verilir. Sərhəd kəndlərinin
qazlaşdırılması proqramı uğurla
yerinə yetirilir. Bu
yaxınlarda Novosaratovka və Düz Rəsullu kəndlərində 577 mənzilə
təbii qaz verilib.
Şınıx magistral qaz
kəməri xəttinin çəkilişi başa
çatıb. Hazırda sərhəd zonasında yerləşən
Göyəllidə, Hüseynqulularda, Kərməşöylüdə
və Rəhimlidə kənddaxili daşıyıcı qaz xətləri çəkilir.
Rayonda sosial obyektlərin
inşası məsələsi xüsusi
diqqət mərkəzindədir. Bu
günlərdə İsalı, Arabaçı kəndlərində
poçt şöbələri üçün yeni binalar istifadəyə verilib.
Bu barədə
danışılarkən qeyd edildi ki, SSRİ-nin
tərkibində olduğumuz 70 il ərzində poçt
şöbələri üçün bir dənə də olsun bina tikilmədiyi halda, son 7 il ərzində
ayrı-ayrı qəsəbə və kəndlərdə 8 poçt binası inşa
edilib, rayonun 18 kəndində
elektron ATS-lər istifadəyə verilib.
Gədəbəy
məktəb binası tikintisi sahəsində
də fərqlənir. Son illərdə
70-ə qədər məktəb binası tikilib,
yaxud əsaslı təmir edilib.
Bundan əlavə, Uşaq
Gənclər İdman Məktəbi və
Səmətkeçməz tam orta məktəbi üçün
binalar inşa olunur, 2 saylı şəhər orta məktəbinin binası təmir edilir.
6 ay ərzində digər sahələrdə də
xeyli işlər görülüb.
Rüstəm Əliyev kəndində uzun illər təmirsiz qalan
mədəniyyət evi yenidən qurularaq müasir avadanlıqlarla
təchiz olunub, Çalburun
kənd mədəniyyət evində, Qoşabulaq,
Daryurd və Ağamalı kənd
klublarında cari təmir işləri
aparılıb, Böyük Qaramurad kəndində həkim məntəqəsi
açılıb.
Aramsız yaz yağışlarının törətdiyi
fəsadlar əsasən daxili imkanlar hesabına və müvafiq
təşkilatların köməyi ilə həll edilib. Mis
çayının ətrafında sel
suları nəticəsində yuyulub
dağılmış istinad divarları bərpa
olunub. Yolların sahmanlanması,
körpü-keçidlərin inşası üçün
hazırda mütəxəssislərin köməyi ilə gərgin
iş gedir. Qasımlı
kəndinin yolunda körpü-keçidin
inşası başa çatmaq
üzrədir. Söyüdlü və
Rüstəm Əliyev avtomobil yolları da əsaslı təmir edilir.
Yaxın vaxtlarda isə Gədəbəy-Qaravəlilər
yolunun asfaltlaşdırılmasına başlanacaq.
Rayon üçün
xüsusi əhəmiyyətə malik olan 72 metrlik
Fındıqlı körpüsü
dövlət başçısının
tapşırığı ilə yenidən qurulur.
Bundan əlavə, rayon
mərkəzində xatirə-abidə kompleksində əsaslı
təmir işləri başa
çatdırılıb, Şəhidlər xiyabanında
abadlıq işləri davam etdirilir.
Gədəbəy ata-babadan kartofun
vətənidir. Toplantıda qeyd
olundu ki, əhalini ən çox narahat edən məsələlərdən
biri kartofun alıcıya çatdırılması
ilə əlaqədardır.
Artıq
bu məsələ də həll olunmaq üzrədir.
Rayonda 10
min ton tutumu olan kartof saxlama və emalı müəssisəsi inşa
olunur. İstər bu yeni obyektdə, istərsə də Aşıq musiqi məktəbində,
habelə rayon məhkəməsinin
inzibati binasında inşaat işləri də sürətlə davam edir.
Tənqid və özünütənqid
şəraitində keçən
toplantıda hesabat dövründə görülən
dəyərli işlər
qeyd edilməklə yanaşı, bir sıra sahələr üzrə iradlar söylənildi, arzu və təkliflər irəli sürüldü. Son vaxtlarda RİH tərəfindən səyyar
qəbulların keçirilməsi
müsbət qiymətləndirildi.
Belə qəbullarda rayonun ayrı-ayrı bölgələrində,
ən ucqar kəndlərində belə
icra orqanlarının
səlahiyyətli nümayəndələri
ilə birlikdə əhalinin arzu və istəkləri öyrənilir. Son ayların
səyyar qəbullarında
3 min nəfərdən çox
adam iştirak
etmiş, vətəndaşlar
tərəfindən 99 təklif
irəli sürülmüşdür.
Qeyd olundu ki, bu
təkliflərin icrası
üçün operativ
surətdə təsirli
tədbirlərin görülməsi
vacibdir.
Əhməd İSAYEV
Azərbaycan.-2011.-21 iyul.-S.5.