Bizi qələbəyə və ucalıqlara aparan yol
Çox
hörmətli, zati-aliləri
cənab İlham Əliyev!
Biz - Füzuli rayonu ictimaiyyətinin nümayəndələri
cəbhə bölgəsində
yaşayan əhaliyə
göstərdiyiniz hədsiz
qayğı və diqqətə, son dərəcə
isti və doğma münasibətə
görə bütün
rayon sakinləri adından
Sizə minnətdarlığımızı
bildiririk.
Cənab
Prezident! Sizin dəfələrlə cəbhə bölgəsinə
etdiyiniz səfərlər,
çətin günlərdə,
bərk ayaqda yanımızda olmağınız
bizə sözün həqiqi mənasında həyat eşqi vermiş, işğal altındakı torpaqlarımızın
tezliklə azad ediləcəyinə olan inamımızı birə
min artırmış, bölgənin
bütün əhalisini
böyük Qələbəyə
səfərbər etmişdir.
Bu yerləri müharibənin
od-alovu iki dəfə yandırıb
xarabaya çevirmişdir.
Ermənistan silahlı qüvvələri
Füzulini işğal
edəndə hər yeri yandırıb külə döndərdilər.
Sonra Milli ordumuz Horadizi
və ona yaxın xeyli ərazini işğaldan azad etdi. Sizin son dərəcə böyük
köməyiniz sayəsində
müharibənin xarabalıqları
üzərində Horadiz
adlı bir şəhər ucaldıldı.
Gözəl və yaraşıqlı,
müasir sosial obyektlərə, hər cür infrastruktura malik bu şəhər
məhz Sizin Füzuli camaatına çox böyük hədiyyənizdir.
Cənab
Prezident! Sizin böyük səmimiyyətiniz
və qayğınız
bizdə ruh yüksəkliyi yaradıb.
Öz vətəndaşına münasibətdə
humanist, qayğıkeş və
mehriban, prinsipial, müdrik və uzaqgörən olan Prezidentimizlə qürur duyuruq. Siz ulu öndər
Heydər Əliyevin başladığı işləri
bu gün uğurla davam etdirirsiniz. Bu siyasi kursa biz də həmişə sədaqətli olmuşuq.
Bu gün də
hamımız Sizinləyik.
Cənab
Prezident! El gözü
tərəzidir. Rəhbərlik etdiyiniz dövlətin gündən-günə artan
iqtisadi imkanları məqsədli şəkildə
bizim yaxşı yaşamağımıza, firavan
dolanışığımıza xidmət edir. Bölgəmizdə Tibb mərkəzinin, Olimpiya idman kompleksinin, analoqu olmayan Muğam Mərkəzinin, yeni məktəblərin, xəstəxanaların tikilib
istifadəyə verilməsi,
yaşayış məntəqələrinin
sürətlə qazlaşdırılması,
yeni su xətlərinin
çəkilişi Sizin
qayğınızın böyüklüyündən
xəbər verir.
"Füzuli rayonunun
sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında"
imzaladığınız 13 iyul 2011-ci il
tarixli Sərəncam bölgədə əsl bayram əhvali-ruhiyyəsi
yaratmışdır. Sərəncama əsasən 16 min nəfər
əhalinin yaşadığı
8 yaşayış məntəqəsini
birləşdirən Əhmədbəyli-Alxanlı-Zobucuq
avtomobil yolunun tikintisi və yenidən qurulması üçün dövlət
büdcəsindən 7 milyon
manat vəsait ayrılmışdır.
Cənab
Prezident! Sizin təşəbbüsünüzlə
həyatımızı gözəlləşdirməyə
hesablanan bütün layihələr uğurla həyata keçirilir.
İndi isə növbədə yoldur. Yol həyat deməkdir.
Hər şey yoldan başlanır. Bizim heç
vaxt dəyişməyən
bir yolumuz var. O, ulu öndərimiz Heydər Əliyevin yoludur. Zaman-zaman bu yolda bizə çoxlu maneələr də yaradıblar. Bu yolda büdrəsək də, yıxılmamışıq.
Bu, çətin və eyni zamanda
çox şərəfli
yoldur. Biz Qələbəyə
məhz bu yolla çatacağıq!
Cənab
Prezident! Bu şərəfli
yolda bələdçimiz,
istiqamət verənimiz
Sizsiniz. Biz Sizinlə güclüyük,
hər şeyə qadirik. Ölkəmizə, bölgəmizə gətirdiyiniz yeniliklərə,
uğurlara görə
qürur hissi keçirir, Vətənin
yüksəlişi naminə
gördüyünüz böyük
işlərə görə
Sizə minətdarıq.
Sizə yeni-yeni uğurlar arzulayırıq.
Füzuli
rayon ictimaiyyətinin nümayəndələri
adından:
Zakir Əliyev - Yuxarı Kürdmahmudlu kənd sakini
Qəhraman Abdullayev - Alıxanlı
kənd sakini
Vəfa
Süleymanova - Əhmədalılar
kənd sakini
Aslan Aslanov - Bala Bəhmənli kənd sakini
Almaz Həşimova - YAP Füzuli
rayon təşkilatının sədri
Mənsum
Əliyev - Böyük
Bəhmənli kənd
sakini
Fəxrəddin Həsənov - Üçüncü
Zobucuq qəsəbəsinin
sakini
Soltan Rüstəmov - Aşağı
Kürdmahmudlu kənd
sakini
Əli Mustafayev - Horadiz şəhər sakini
Vaqif Hacıyev - Alıxanlı
kənd sakini
Azərbaycan.-
2011.- 22 iyul.- S.1.