Azərbaycanın
Milli Qəhrəmanı M.A.İbrahimovun
xatirəsinin əbədiləşdirilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycanın
Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu
İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta
məktəblərindən birinə Mübariz İbrahimovun
adının verilməsini təmin etsin.
2.
Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda
küçələrdən birinə Mübariz İbrahimovun
adının verilməsini təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 22 iyul
2010-cu il
Azərbaycan.-
2011.- 22 iyul.- S.2.