XX əsrin ilk milli qəzeti - "Şərqi-rus"

 

"Kəşkül" 1891-ci ilin oktyabrında Tiflis qubernatoru tərəfindən bağlandı. Bununla da XIX əsrdə Azərbaycanda ana dilində qəzet nəşrinə son qoyuldu. Azərbaycan ziyalıları ana dilində yeni nəşrlər üçün qədər təşəbbüs göstərsələr , icazə verilmədiyindən geriyə əliboş qayıdırdılar. Ölkədə bir dənə olsun mətbu orqanı fəaliyyət göstərmirdi. "Kəşkül"ün başına toplaşan maarifçi insanlar pərən-pərən düşür, milləti səsləməyə, maarifi yaymağa tribuna axtarırdılar. Çar Rusiyası bunu ona görə edirdi ki, yerli əhali əlacsız qalıb rus ədəbiyyatı, rus mətbuatı oxusun bununla da rus dövlətinə daha çox yaxınlaşsın. Bir tərəfdən ölkədə gerilik, cəhalət, maarifə qənim kəsilən qüvvələr, millətin tərəqqi edən dövlət millətlərdən geridə qalması, digər tərəfdən Avropa çar Rusiyasının müsəlman ölkələrinə pantürkizm panislamizm damğası vuraraq islam dünyasında türk-müsəlman ölkələrində təxribatlar törədərək məzhəblər, təriqətlər arasında ziddiyyətlər yaradıb aranı qarışdırması, bunun müqabilində isə ölkədə heç bir mətbuat orqanının olmaması xalqın taleyini qaranlığa aparır, ziyalıların əl-qolunu bağlayır, azadlıq tərəqqi mücadiləsini ürəklərində qoyurdu.

Azərbaycanlı ziyalılar, damarından milli qan axan vətən övladları Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Haşım bəy Vəzirov, Məhəmməd ağa Şahtaxtinski başqaları işğalçı dövlətlərin siyasətinə xidmət edən "panislamizm problemi"nə biganə qala bilmirdilər. Lakin onların əllərində bir dənə olsun mətbu orqanı yox idi ki, ürəklərini boşaldıb, həqiqəti desinlər, heç olmasa böhtanlara cavab versinlər. Hakim rejimin qəddar münasibəti azəri türklərinin maariflənməsi tərəqqisinə səbəb olacaq bütün təşəbbüslərin qarşısını alır, nəşriyyat açılmasına, kitab nəşrinə birmənalı mane olurdu.

Ara-sıra açıq-gizli imzalarla səsini qaldıran Haşım bəy Vəzirov yazırdı: "Panislamizm deyə bağıran Avropa dövlətlərinin əsas məqsədi müsəlman torpaqlarını zəbt etməkdən ibarətdir. Elə ki, müsəlman məmləkəti qəsb olundu, hüququ payimal olundu, qurtardı. Bununla da Avropa öz muradına çatdı, panislamizm yatıb qaldı. İngilis Misiri, Ədəni, Hindi, Bəhreyn tərəfi qəsb edib ələ gətirdiyi vaxt "müttəsil panislamizm" deyib bağırırdı. Naili-məram olduqdan sonra ingilisdən müddəti-mədid çıxmadı, hətta bu dövlət müsəlmanlarla dostluq da yaratmaq niyyətinə düşdü. Panislamizm Avropanın Rusiyanın islam dünyasına qarşı yaratdığı yeni mübarizə formasıdır".

Artıq XX əsr başlamışdı. Nəinki dünyada, qonşu Cənubi Qafqaz dövlətlərində bir neçə mətbu orqanı, qəzet, jurnal çıxır, nəşriyyatlar fəaliyyət göstərir, xalqlar tərəqqi edirdi. Çar Rusiyası isə Azərbaycanda ana dilində qəzet jurnalın nəşrinə qadağa qoymuş, sanki işıq gələn hər tərəfə barmaq tıxamışdı. Nəhayət, 1902-ci ildə Qafqazı təftişə gəlmiş dövlət çinovnikləri hökumətin yeritdiyi siyasətin qeyri-qənaətbəxş səmərəsiz olduğunu dərk edir, yaradılmış süni maneənin yaxşı nəticə verməyəcəyini anlayırdılar. Onlar Azərbaycanda da ana dilində qəzet nəşriyyat yaratmağa icazə verilməsini tövsiyə edərək: "Bu şərtlə ki, seçiləcək şəxs rus dövlətinə ixlasını göstərmiş olsun", - deyirlər.

Bu çağırışdan sonra çar hökumətinin axtarışları başlayır səmərə verir, Məhəmməd ağa Şahtaxtinskiyə nəşriyyat hüququ veriləcəyi bildirilir. Ana dilindən başqa, ərəb, fars, rus fransız dillərini bilən Məhəmməd ağa Şahtaxtinski 1898-ci ildə Fransaya gedərək şərqşünaslıq sahəsində çalışmış, 1901-ci ildə xüsusi məktəb bitirmişdi. 1896-cı ildə "Tiflis" adlı türk dilində (Azərbaycan dilində) qəzet nəşrinə təşəbbüs göstərmiş, lakin icazə verilməmişdi. Bundan sonra bir neçə il "Moskovskiye vedomosti", "Novoye vremya", "Kafkaz" rusdilli qəzetləri ilə əməkdaşlıq etmiş, bu qəzetlərin İstanbul müxbiri işləmişdir. Bu zamanlar Bakıda rus dilində nəşr olunan "Kaspi" qəzetində azərbaycanlı ziyalılar da çıxış edir, hətta dəyərli yazıları dərc olunurdu. Ana dilində heç bir mətbu orqanına icazə verilməsə , millətin işıqlı insanları "Kaspi"nin ətrafına toplaşmışdılar. Bu qəzet milli qəzet rolunu oynayırdı. Məhəmməd ağa Şahtaxtinski "Kaspi"yə gəlir, silahdaşları ilə bu qəzetin səhifələrində çıxış edirdi. Sonralar bir ara "Kaspi"nin redaktoru vəzifəsini yerinə yetirirdi.

XX əsrin əvvəllərində Azərbaycan dilində ilk milli mətbuatın yaradılması haqqında işıqlı xəbərlər yayılırdı. Qəzetin təsisi üçün Məhəmməd ağa Şahtaxtinski çoxdandır döymədiyi qapı qalmamışdı. Nəhayət, çəkilən zəhmət bəhrəsini verdi, 1903-cü ildə "Şərqi-rus" adlı Azərbaycan dilində ilk milli qəzet Tiflisdə işıq üzü gördü. Şahtaxtinski sevincindən yerə-göyə sığmırdı. On ildən artıq ana dilində qəzetə həsrət qalan Azərbaycan ziyalıları oxucuları "Şərqi-rus"un nəşrini sevinclə qarşıladılar. Təbrik teleqramları göndərilir, şəninə şeirlər yazılırdı. "Şərqi-rus"un gəlişinə M.Ə.Sabir, M.S.Ordubadi, Əli Nəzmi başqa ədiblər sevinir, qəzetin ilk nömrələrində təbrik şeirləri ilə çıxış edir, Şahtaxtinskini qəhrəman kimi dəyərləndirirdilər. "Şükrillah ki, afitabi-süxən" şeirində böyük Sabir qəzeti qaranlıqda qalan xalqın yoluna işıq saçan "sözün günəşi" adlandırırdı.

XX əsr ana dilində mətbuata dövrünün böyük ziyalısı Məhəmməd ağa Şahtaxtinskinin redaktorluğu ilə "Şərqi-rus"la başladı. Qəzet 1903-cü il 16 aprel tarixli nömrəsində həqiqət carçısı olmaq istədiyindən, məsləkindən söhbət açaraq yazırdı: "Bizim məqsədimiz həqayiqnəvişlikdir: yaxşılığı dediyimiz kimi, yamanlığı da gizlətməyəcəyik. Biz meydana onun üçün çıxdıq ki, xalqa doğru sözü deyək..." "Şərqi-rus" xalqın ictimai-siyasi həyatında, milli intibahında maariflənməsində xüsusi rol oynamışdır. Qəzetin səhifələrində maarifin təbliği, yoxsul kəndlilərin ağır vəziyyəti, mülkədar zülmü istismarı, gerilik cəhalətin tənqidi, dünyəvi elmlər, ana dili, qadın azadlığı bir çox mütərəqqi fikirlər öz əksini tapırdı. M.Şahtaxtlı öz qəzetində "Qəzetnəvis", xarici mətbuatda isə "Mehmet bəy" imzası ilə çıxış edirdi.

Böyük ədib Cəlil Məmmədquluzadənin "Xatiratım" memuarından öyrənirik ki, o, "Şərqi-rus" qəzeti onun redaktoru M.Şahtaxtinskinin ağıllı xeyirxah məsləhəti ilə mətbuata gəlmişdir. "Poçt qutusu", "Kişmiş oyunu" hekayələri, "Zəhmət, ölüm naxoşluq" (L.Tolstoy), "Arvad" (Xanzadə) tərcümələri "Şərqi-rus"da çap olunmuşdur. Mirzə Cəlilin "Poçt qutusu"nu oxuyub hədsiz dərəcədə bəyənən M.Şahtaxtlı onu "Şərqi-rus"a əməkdaşlığa dəvət edir. "Xatiratım"dan: "Şərqi-rus"un həyatımdakı birinci tərəfi budur ki, möhtərəm ədibimiz Məhəmməd ağa öz qəzetinin idarəsinə cəlb etməklə, məni qəzet dünyasına daxil etdi. İkinci tərəf budur ki, qəzetdə mən elə bir yoldaşa rast gəldim ki, onunla birlikdə "Molla Nəsrəddin" məcmuəsini bina etdik". Böyük ədib yoldaş deyəndə "Molla Nəsrəddin"in yaradıcılarından biri olan Ömər Faiq Nemanzadəni nəzərdə tuturdu.

Lakin "Şərqi-rus" qəzeti 1905-ci ildə bağlanır. XX əsrin ilk qaranquşu hesab edilən bu qəzet xalqa verə biləcəyini vermişdi, ölkədə ana dilində mətbuatın yaranmasının izini salmış, işartısı ilə özündən sonra gələnlərə yol açmışdı. Ən əsası işıqlı ziyalı nəsli yetişmişdi.

"Şərqi-rus"un ətrafında toplaşan Azərbaycanın "münəvvərləri" artıq qaranlıqdan işığa doğru gedən yolun cığırına düşmüşdülər. Onlar həyatlarını ictimai şüurun oyanmasına, xalqın mədəni səviyyəsinin yüksəlməsinə millətin tərəqqisinə həsr edir, bu yolda dayanmadan mübarizə aparırdılar. "Şərqi-rus" qəzeti ətrafında formalaşmış yaradıcı heyət Azərbaycan mətbuatının inkişafının yeni mərhələsinin başlanmasına zəmin yaratmışdı. Çünki bunun ardınca böyük ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu naşirliyi ilə Azərbaycanın ilk satirik jurnalı "Molla Nəsrəddin" gəlirdi...

 

 

Hazırladı: Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.- 22 iyul.- S.4.