Norveçin
Kralı Əlahəzrət V Haralda
Əlahəzrət!
Oslo şəhərində törədilmiş
terror aktları nəticəsində
çoxsaylı insan tələfatı xəbəri
bizi olduqca
sarsıtdı.
Biz bu dəhşətli
hadisələrdən son dərəcə
hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə
pisləyirik.
Baş vermiş faciə ilə əlaqədar
Sizə, həlak olanların ailələrinə və
yaxın adamlarına, bütün Norveç xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı
adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət
alanlara şəfa diləyirəm.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 23 iyul
2011-ci il
Azərbaycan.-2011.-24
iyul.-S.1.