Ştefan Füle: "Avropa
İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
razılaşdırılmış prinsiplər əsasında
həllinə kömək etməkdə davam
edir"
Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
razılaşdırılmış prinsiplər əsasında
həllinə kömək etməkdə davam
edir.
Bunu jurnalistlərə
açıqlamasındAİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti
üzrə komissarı Ştefan Füle bildirmişdir.
Qeyd edilmişdir ki, quruma üzv
dövlətlər münaqişənin dinc
yolla həllini dəstəkləsələr,
bu həm də Cənubi Qafqazda
sabitliyə təminat verəcəkdir. Brüsselin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüquq prinsipləri əsasında
həllində rolunu artırmağa
hazır olduğunu bildirən Ş.Füle demişdir ki, bunlarla yanaşı, ATƏT-in
Minsk qrupu da bu istiqamətdə səylərini
gücləndirməlidir.
Azərbaycan.-2011.-24
iyul.-S.1.