Azərbaycanda turizm sektorunun inkişafına böyük diqqət göstərilir

 

Azərbaycanın müxtəlif guşələrində müşahidə olunan abadlıq, tərəqqi və yüksəliş ötən 8 ildə həyata keçirilən uğurlu iqtisadi siyasətin parlaq nəticəsidir. Ötən müddətdə mövcud potensialın səmərəli realizə edilməsi, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin reallaşdırılması paytaxt və bölgələrin tərəqqisini şərtləndirən başlıca məqamlar sırasındadır. Cənab İlham Əliyevin yürütdüyü siyasətin mahiyyətindən irəli gələrək ötən 8 ildə qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılması, təhsil-səhiyyə müəssisələrinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılması, sahibkarların fəaliyyətinə mane olan süni əngəllərin aradan qaldırılmasından ibarətdir.

Bu illərdə həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkir. Prezident İlham Əliyev yeni dövrün tələblərinə uyğun olaraq paytaxt və regionların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün konktet vəzifələr müəyyənləşdirmişdir. Qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkəmizdə qarşıda duran mühüm vəzifələrdəndir. Turizmöz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur. Hazırda turizm dünyada sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən xidmətlərin təqribən üçdəbiri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm sektorundaonunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.

Mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idmans.) inkişafı üçün geniş imkanlar mövcuddur. "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir.

Ölkəmizdə turistlərin yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədilə 2006-cı ildə Turizm İnstitutu yaradılmış, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılmış, eyni zamanda, Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilməkdədir. 2002-ci ildən başlayaraq hər il Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil olunur. Ölkədə turizmin əhəmiyyətini artırmaq, turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsədilə tematik nəşr məhsulları (kitab, buklet, CD və DVD-lər və s.) hazırlanır və yayılır, dünyanın müxtəlif televiziya kanallarında reklam çarxı nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklamelanlar verilir, bu istiqamətdə internet imkanlarından və digər elektron daşıyıcı vasitələrindən də geniş istifadə edilir. Aparılan kompleks işlərin nəticəsi olaraq ölkəyə gələn turistlərin sayı ilbəil artır, respublikamızda fəaliyyət göstərən turizm şirkətləri şəbəkəsi genişlənir.

Ötən müddətdə Azərbaycan milli mədəniyyətinin və turizm potensialının dünyada tanıdılması, ölkəmizin dünyanın mədəniyyət və turizm məkanına geniş inteqrasiya olunması, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə olduğu kimi çatdırılması istiqamətində müəyyən nəticələrə nail olmuşdur. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, bərpası, təbliği istiqamətlərində görülən işlərin davamı olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramı təsdiq edilmişdir.

Proqrama əsasən, Azərbaycanın müxtəlif şəhərləri Folklor, Sənətkarlıq, Diyarşünaslıq üzrə "Azərbaycanın Folklor Paytaxtı", "Azərbaycanın Sənətkarlıq Paytaxtı" və "Azərbaycanın Əfsanələr Paytaxtı" elan olunur.

Turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə kimi qarşıda durur. Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi nailiyyətlər bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə şərait yaradır. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkədə turizmin problemlərinin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi üçün hazırlanmışdır. Dövlət Proqramının başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosialekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün aşağıdakı əsas vəzifələrin həlli nəzərdə tutulur: Azərbaycanın milli-tarixi, mədəni və mənəvi irsinin, milli adət-ənənələrinin dünyada təbliği, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, müasir informasiyakommunikasiya texnologiyalarının tətbiq edilməsi; ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü fəaliyyətin həyata keçirilməsi; turizm sahəsində normativ hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi; mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi məqsəd kimi qarşıda durur.

Azərbaycan Respublikasında turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədilə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. 2011-ci ilin ölkəmizdə "Turizm ili" elan edilməsi bu baxımdan diqqəti çəkən məsələlərdəndir. Ölkə başçısının 20 iyul 2011-ci il tarixdə "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq olunması haqqında sərəncam imzalaması da qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsini təsdiqləyir.

Bu yaxınlarda Bakıda beşulduzlu "Kempinski Badamdar" otel kompleksinin açılışı keçirildi. Dünya standartlarına cavab verən bu otel kompleksinin istifadəyə verilməsi ölkəmizin qüdrətindən xəbər verir. Yalnız dünyanın ən inkişaf etmiş ölkələrində rast gəlinən bu cür obyektlər adamları, turistlər və qonaqlar üçün maksimum xidmətlər təklif edir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafına olan diqqət və qayğı respublikamızda turizmin inkişafını sürətləndirmişdir. Əldə olunan nəticələr ölkəmizdə otel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərəhələyə qədəm qoymasını zəruri edir. Prezident İlham Əlivev "Kempinski Badamdar" otel kompleksinin açılışı mərasimində bildirmişdi: "Bu il Azərbaycanda "Turizm ili" elan edilibdir. Bu, təsadüfi deyildir. Çünki turizm sektorunun inkişafına böyük diqqət göstərilir. Hesab edirəm ki, növbəti illərdə turizm sektoru Azərbaycanın iqtisadi potensialında mühüm yer tutacaqdır. İnkişaf etmiş, xüsusən də zəngin təbiətə malik olan ölkələrin iqtisadiyyatında turizm mühüm yer tutur. Azərbaycan zəngin ölkədir, turizmin inkişafı üçün gözəl yerlər vardır və biz bu imkanlardan istifadə etməliyik.

İndi bütün bölgələrdə yeni, gözəl, müasir mehmanxanalar, turizm məntəqələri açılır. Əlbəttə ki, ən gözəl otellər Bakı şəhərində fəaliyyətə başlayır. Bu il təkcə Bakıda beşulduzlu altı otel istifadəyə veriləcəkdir. Onların içində birinci otel "Kempinski Badamdar" otelidir".

Qədim tarixə, gözəl təbiətə, zəngin ənənə və dəyərlərə malik olan Azərbaycanın turizm ölkəsi kimidünyada tanıdılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verməkdədir. Xəzərin sahilində böyük amfiteatrı xatırladan əzəmətli paytaxtımız - Bakı şəhərində, eləcə də zəngin mədəniyyət abidələri ilə seçilən bölgələrimizdə ən müasir mehmanxanaların, turizm məntəqələrinin açılması Azərbaycanın turizm imkanlarını daha da gücləndirməkdədir.

 

 

Elnur HACIALIYEV

 

Azərbaycan.-2011.-24 iyul.-S.1.