Dağlıq Qarabağ
münaqişəsi regionun ümumi inkişafına
ciddi maneələr yaradır
Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının Siyasi təhlil və
informasiya təminatı şöbəsinin
müdiri Elnur Aslanov iyulun 22-də
ölkəmizdə səfərdə olan
ABŞ-ın Trumen Milli
Təhlükəsizlik layihəsinin nümayəndə heyəti
ilə görüşmüşdür.
E.Aslanov rəsmi Bakının xarici siyasətinin
əsas istiqamətləri, ABŞ-Azərbaycan münasibətləri,
Cənubi Qafqaz regionunun
geosiyasəti və təhlükəsizliyi, mövcud
təhdidlər və digər məsələlər barədə
qonaqlara ətraflı məlumat vermişdir.
Dağlıq Qarabağ münaqişəsindən
danışan şöbə müdiri demişdir ki, dünya birliyi Ermənistanın
işğal etdiyi Azərbaycan
ərazilərində həyata keçirdiyi
etnik təmizləmə siyasətinə
birmənalı mövqe nümayiş
etdirməlidir. Bu münaqişə regionun ümumi
inkişafına ciddi maneələr
yaradır.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparılmış,
qonaqları maraqlandıran suallara cavab verilmişdir.
Azərbaycan.-2011.-24
iyul.-S.2.