"Mən Azərbaycan haqqında
nə bilirəm?" mövzusunda müsabiqənin
iştirakçıları Heydər Əliyev Fondunda
olmuşlar
Gənclər və İdman Nazirliyinin
Azərbaycanın xarici ölkələrdəki səfirlikləri
ilə birgə bu ilin yanvar-may aylarında tələbələr
arasında keçirdiyi "Mən Azərbaycan haqqında nə
bilirəm?" mövzusunda müsabiqənin
iştirakçıları iyulun 23-də Heydər Əliyev
Fondunda olmuşlar.
Avstriya, Özbəkistan, Moldova, Malayziya,
Qazaxıstan, Polşa, Misir və Küveytdən olan tələbə
gənclərə Azərbaycan xalqının ümummilli
liderinin xatirəsinə yaradılmış fond haqqında məlumat
verilmişdir.
Bildirilmişdir ki, fond ümummilli liderin
zəngin irsini öyrənmək və təbliğ etməklə
yanaşı, həm də müxtəlif sosial-iqtisadi, mədəni
layihələr həyata keçirməklə Azərbaycanın
tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə
kömək edir.
Gənclər fenomen şəxsiyyət
Heydər Əliyevin şəxsi arxivindən
götürülmüş və onun fəaliyyətinin
ayrı-ayrı dövrlərini əhatə edən
eksponatlarla tanış olmuş, Bakı-Tbilisi-Ceyhan əsas
ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə
xüsusi maraq göstərmişlər.
Müsabiqə
iştirakçılarına ümummilli lider Heydər Əliyevin
Azərbaycanda gənclərə göstərdiyi diqqət və
qayğı, ölkəmizdə elmin, təhsilin
inkişafında misilsiz xidmətləri barədə də məlumat
verilmişdir. Bildirilmişdir ki, Heydər Əliyev Fondu Azərbaycan
mədəniyyətinin, milli mədəni dəyərlərimizin
qorunması və təbliği, ölkəmizdə elm, təhsil
və səhiyyə ilə bağlı layihələr həyata
keçirir.
AzərTAc
Azərbaycan.-2011.-24
iyul.-S.1.