"Schlumberger" üçün Azərbaycan çox doğmadır

 

Bu gün "Schlumberger" Azərbaycanın neft-mədən sahəsində elə geniş çərçivədə xidmətlər göstərir ki, onun xarici şirkət olduğu az qala unudulub. "Schlumberger" haqqında ətraflı məlumatı bu il iyunun 7-10-da Bakıda keçirilən 18-ci Beynəlxalq neft-qaz sərgisində əldə etdik. Burada şirkətin əməkdaşları ilə də tanış olduq.

Əslində, "Schlumberger" transmilli şirkətdir. Onun vətəni Fransadır, orada keçən əsrin birinci yarısında yaranıb. Hazırda isə "Schlumberger"in Parisdə, HyustonHaaqa şəhərlərində baş ofisləri var.

"Schlumberger"i bütün dünyada neft-qaz kəşfiyyatı və hasilatı ilə məşğul olan şirkətlər təkmilləşmiş və sınanmış xidmət təchizatçısı kimi tanıyırlar. Bu etibarı "Schlumberger" quyularda həyata keçirdiyi əməliyyatları, elmi-tədqiqat və mühəndis-texniki qurğularının keyfiyyətli işi ilə qazanıb. "Schlumberger" təhlükəsiz, ekoloji baxımdan zərərsiz xidmət göstərməyə çalışır. Daim elmi-texniki yeniliklərə yiyələnməsi şirkətə imkan verir ki, müştərilərinin zamana uyğun olaraq dəyişən tələblərini ödəsin. Dünyada olan 25 elmi-tədqiqat və mühəndis-texniki qurğuları ilə sifarişçiləri üçün innovativ texnologiyalar gətirir.

16 ildən çoxdur "Schlumberger" Azərbaycan iqtisadiyyatının sürətli inkişafına öz töhfəsini verir. Şirkət ölkəmizdə bütün xidmətlərini öndə gedən texnologiyalar əsasında göstərir, əməliyyatları iqtisadi cəhətdən əlverişli yollarla həyata keçirir. O, dünya miqyasında qəbul olunmuş texnologiyaları çətin coğrafi şəraitə uyğunlaşdıra bilir. Həm dənizdə, həm də quruda quyuların dəqiq və etibarlı qiymətləndirilməsi üçün ən mütərəqqi texnologiyalardan istifadə olunur. Bunlar qazma zamanı lay təzyiqini ölçən vasitələr, rotorlu idarə olunan sistem, sementləmənin keyfiyyətini qiymətləndirən vasitələrdir. Şirkətin əməkdaşları öz bilik və təcrübəsindən qazma işləri, məhsuldar qatın qiymətləndirilməsi və quyu tikintisi zamanı geniş istifadə edirlər. Odur ki, onların Azərbaycandakı əməliyyatları, təklif etdikləri texnologiya və xidmətlər, işi necə təhlükəsiz və etibarlı şəkildə həyata keçirdikləri barədə deməyə sözləri var.

"Bizim prioritet məsələlərimizdən biri azərbaycanlı işçilərə professional təlim keçmək və onları şirkətin yerinə yetirdiyi əməliyyatlara cəlb etməkdir. "Schlumberger" şirkətinin hər bir yerli işçisi Azərbaycanda və ya ixtisaslaşdırılmış beynəlxalq təlim mərkəzlərimizdən birində müntəzəm təşkil olunan konkret növü ilə, təhlükəsizlik texnikası ilə əlaqədar, yaxud digər növ treninqlərdə iştirak etməlidir". Şirkətin öz qarşısına qoyduğu bu məqsədin nəticəsidir ki, hazırda onun ölkəmizdəki işlərində təxminən 200 nəfər azərbaycanlı çalışır. Bu isə Azərbaycandakı işçi qüvvəsinin 70 faizə qədərini təşkil edir. Məqsəd yerli işçilərin sayını 90 faizə çatdırmaqdır.

Bu gün "Schlumberger"in ölkəmizdən kənardakı ofis və bazalarında da azərbaycanlılar çalışır. Onların sayı 90-nı ötür. Bu işçilər şirkətin texniki məktəblərini müvəffəqiyyətlə bitirmiş məzunlardır. Dünya səviyyəli texniki təcrübəyə, bilik və idarəetmə bacarıqlarına yiyələndikdən sonra onlar Azərbaycana qayıdacaq, "Schlumberger" şirkətində mühəndis-texniki və rəhbər vəzifələri tutaraq ölkənin daha da çiçəklənməsi naminə çalışacaqlar. Başqa sözlə desək, "Schlumberger"in bütün mühəndisləri və texniki işçiləri xidmətləri ən yüksək peşəkarlıqla və təhlükəsizlik standartlarına cavab verməklə yerinə yetirməyə qadirdirlər.

Şirkətin Bakıda yerləşən istehsal bazası alətlərin yoxlanılması, texniki xidmət vasitələri ilə tam təchiz olunub. Təklif olunan xidmətlər mexanikləşdirilmiş hasilat, sementləmə, konsanltinq (məsləhətvermə), qazmas. sahələri əhatə edir. Bakı bazası həm yerli, həm də xarici neft şirkətləri üçün layların parametrlərini müəyyənləşdirən xidmətlər göstərir. Onun quruda və dənizdə qazılmış quyularda kabelli karotay aparmaq imkanları var.

"Schlumberger" Azərbaycandakı müştərilərinə dənizdə və quruda quyu tikintisinasoslama xidməti də göstərir. O, bir sıra neft-qaz yataqlarında, o cümlədən "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz"də özünün sementləmə təcrübəsini tətbiq edib.

Şirkətin Azərbaycanda gördüyü işlər çoxşaxəlidir. Buraya geoloji-kəşfiyyat və yatağın qiymətləndirilməsindən başlamış onun işlənməsinə, hasilatına qədər geniş çeşiddə xidmətlər daxildir. Bunlardan quyu tamamlama xidmətləri, məsələn, quyu daxilində qumun əmələ gəlməsinə nəzarət və məhsuldar layların monitorinqindən yuxarı hissələrin tamamlanmasına kimi müxtəlif əməliyyatları əhatə edən xidmətlər xüsusi yer tutur.

Şirkətin qazma və ölçmə seqmentində sahə mühəndisi işləyən Araz Cavadov deyir ki, podratçı kimi Azərbaycanın bir sıra yataqlarında yenə də aparırıq. Yəni neft-qaz hasil edən şirkətlərin sifarişlərini yerinə yetiririk. Quyuların qazılması, geofiziki araşdırmalar, qazma zamanı ölçmə əməliyyatları, konsaltinqs. bizim fəaliyyətimizi təşkil edən işlərdir. Qürur hissi ilə demək istəyirik ki, ARDNŞ-nin öz qüvvəsi ilə kəşf etdiyi və işlədiyi zəngin "Ümid" qaz-kondensat yatağının ehtiyatlarının aşkar olunmasında bizimxeyli rolumuz olub. "Bulla-dəniz" yatağında da keçən ilbu il xeyli görmüşük. Fransanın "Total" şirkəti ilə "Abşeron" yatağında kəşfiyyat qazması apırırıq. Güman edirik ki, bundan sonra yeni-yeni sifarişlər alacağıq.

"Schlumberger" Azərbaycandakı uğurlarının səbəbini burada geolojicoğrafi şəraitlə bağlı çətinliklərin dərindən öyrənilməsində görür. Bunları öyrəndikdə şirkətin yüksək ixtisaslı mütəxəssisləri vəziyyətin tələb etdiyi texnologiyaları işlətmək imkanına malik olurlar.

"Biz davamlı olaraq Azərbaycanda sərmayə qoyuruq ki, müştərilərimiz öz neftqaz yataqlarından maksimum hasilat əldə edə bilsinlər". "Schlumberger"in ölkəmizdəki fəaliyyətinə aid nəşr etdirdiyi broşürdə belə yazılıb. Bu sözlərin özü də "Schlumberger"in özünə doğma bildiyi Azərbaycanla etibarlı tərəfdaşlıq və əməkdaşlıq etdiyini aydın göstərir.

 

Flora SADIQLI,

 

Azərbaycan.-2011.-24 iyul.-S.4.