Qəbələdə keçirilən pianoçuların II Beynəlxalq müsabiqəsinin qalibinə 30 min dollar pul mükafatı verilmişdir

 

Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən pianoçuların II Beynəlxalq müsabiqəsinin final mərhələsi başa çatmışdır.

AzərTAc xəbər verir ki, iyulun 22-də "Qafqaz Resorte" hotelinin parkında, açıq səma altında keçirilən müsabiqənin final mərhələsinin sonuncu günündə Andrey Yaroşinski (Rusiya) S.Raxmaninovun, Ketevan Cakarataşvili (Gürcüstan) P.Çaykovskinin, Aleksandr Samoilov (Ukrayna) S.Raxmaninovun əsərlərini ifa etmişdir. Hər biri ayrı-ayrılıqda 45 dəqiqə çıxış edən gəncləri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət etmişdir. Orkestrə bədii rəhbər, xalq artisti, professor, "Şöhrət" ordenli Rauf Abdullayev dirijorluq etmişdir.

Münsiflər heyətinin finalla bağlı yekun qərarı açıqlanmışdır.

Müsabiqənin qalibi Andrey Yaroşinski (Rusiya) 30 min dollar, ikinci yeri tutan pianoçular - Mizuho Nakada (Yaponiya) Ketevan Cakarataşvili (Gürcüstan) üçüncü yerin sahibi Anna Kipiani (Gürcüstan) 10 min dollar pul mükafatı almışlar. Bundan əlavə, müsabiqənin finalında uğurla iştirak etmiş digər gənc pianoçulara həvəsləndirici mükafatlar təqdim olunmuşdur. Tofiq Quliyevin "Qaytağı" əsərini ən yaxşı ifa etdiyi üçün Aleksandr Vaşadzeyə (Gürcüstan) 1000 dollar pul mükafatı verilmişdir. Bundan əlavə, Fərhad Bədəlbəyli Dimitri Yablonski gənc pianoçular Nərgiz Kəngərli (Azərbaycan) Aleksandr Samoilovun (Ukrayna) hər birinə özlərinin fərdi mükafatlarını - 500 avro pul mükafatını təqdim etmişlər.

Finalçılara diplomlar təqdim olunmuşdur.

 

 

Azərbaycan.-2011.-24 iyul.-S.6.