Emin Ağalarov: "Fəxr edirəm ki, "Eurovision-2012" mahnı müsabiqəsi Azərbaycanın paytaxtı Bakıda keçiriləcəkdir"

 

"Fəxr edirəm ki, "Eurovision-2012" mahnı müsabiqəsi Azərbaycanın paytaxtı Bakıda keçiriləcəkdir". Tanınmış azərbaycanlı müğənni Emin Ağalarov Böyük Britaniyanın paytaxtı Londonda ilk konsertini bu sözlərlə açmışdır. Londonun mərkəzindəki "Under The Bridge" klubunda təşkil edilmiş konsertdə Emin Ağalarov bu ölkədə çox sevilən mahnılarını ifa etmişdir.

Emin Ağalarovun yaradıcılığı Britaniya dinləyicilərinə yaxşı tanışdır. Onun "Wonder" albomu "Any Time You Fall", "Obvious" kompozisiyaları "BBC Radio 2" radiostansiyasında populyarlığına görə 1-ci yeri tutmuşdur. "Any Time You Fall" "Obvious" kompozisiyaları isə Britaniyanın 80-dən çox radiostansiyasının hitinə çevrilmişdir.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan diasporunun üzvləri, Böyük Britaniya ictimaiyyətinin tanınmış nümayəndələri konsertdə olmuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.-2011.-24 iyul.-S.6.