Xocalılılar üçün
qəsəbə salınır
Goranboy şəhərinin yanında geniş bir sahədə
qızğın inşaat işləri gedir. Bir yanda
müasir görkəmli beşmərtəbəli
evlər, yaxınlıqda isə daha 9 bina tikilir. Nəhəng kranlar, beton ötürənlər,
müxtəlif yük maşınları,
ustalar, fəhlələr aramsız
işləyir. Burada 688 məcburi köçkün üçün
iri bir qəsəbə
salınır. Ortada isə Xocalı
soyqırımı üçün xatirə
abidəsi ucaldılıb.
Bu ilin fevral ayında ölkə
başçısı İlham Əliyev bu yeni yaşayış məhəlləsinin
açılışında iştirak etdi, sakinlər üçün
yaradılan şəraitlə ətraflı tanış oldu, həmin gün 165 ailəyə
orderlər verildi. Məcburi
köçkünlərin vəziyyəti ilə ətraflı
tanış olan Prezident
dedi ki: "Burada bütün şərait
yaradılıb, hər şey, bütün imkanlar var, gözəl binalardır. Burada
rahat yaşamaq mümkündür. Siz buna layiqsiniz, uzun illərdir ki, erməni təcavüzkarlarının
işğalçı siyasətindən əziyyət çəkirsiniz,
uzun illər yararsız binalarda
yaşamısınız. İndi isə bizim soydaşlarımız bu
gözəl binalarda, gözəl mənzillərdə
yaşayacaqlar".
Sonra dövlət
başçısı məcburi köçkün,
şəhid ailəsi Sədaqət Ağayarovanın evində
oldu, Xocalı ictimaiyyətinin nümayəndələri
ilə görüşdü. Prezident İlham Əliyev bildirdi: "Azərbaycan dövləti məcburi
köçkünlərin yaşayış səviyyəsinin
yaxşılaşdırılması üçün
böyük işlər görür.
Hər il binalar, fərdi
evlər tikilir. Bu
siyasət davam etdiriləcəkdir. Elə
etməliyik ki, hazırda hələ də
çətin vəziyyətdə yaşayan
soydaşlarımız da yaxşı evlərə
köçürülsünlər. Əlbəttə, bu, böyük vəsait, böyük peşəkarlıq tələb edir. Bilirsiniz ki, Dövlət Proqramı icra
olunur. Azərbaycan dövləti bundan sonra da
əlindən gələni edəcək ki,
sizin vəziyyətinizi
yaxşılaşdırsın. Çünki
bir daha demək istəyirəm
ki, siz buna
layiqsiniz, siz
yaxınlarınızı itirmisiniz".
Xocalı faciəsi
bütün aləmə bəllidir. Erməni
quldurlarının törətdikləri bu
müdhiş soyqırımı artıq bütün dünya
birlikləri tərəfindən tanınır. Erməni cəlladlarının
əli ilə bir gecənin içində
613 nəfər məhv edildi, 1275 nəfər
dinc sakin girov götürüldü.
Onlardan 150 nəfərinin taleyi
hələ də məlum deyil. Qətlə yetirilənlərin 106 nəfəri
qadın, 83 nəfəri azyaşlı uşaq,
70 nəfəri ahıl və qocalardır. Şikəst
olanların 76 nəfəri yetkinlik
yaşına çatmamış oğlan
və qızlardır. 8 ailə tamamilə məhv edilib. O qanlı gecədə
56 nəfər xüsusi qəddarlıqla öldürülüb, diri-diri
yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları kəsilib,
gözləri çıxarılıb, hamilə
qadınların qarnı süngü ilə
deşik-deşik edilib.
Hazırda 12733
xocalılı məcburi köçkün
49 şəhər və rayonda məskunlaşıb.
Onlar xüsusi ehtiramla deyirlər ki,
dövlət başçısı daim məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılmasına qayğı və
kömək göstərir. Prezidentin
imzaladığı "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı" uğurla yerinə yetirilir.
Məcburi köçkünlərin 3784 nəfəri
yaşayış evləri ilə təmin edilib.
Bu da rayon
əhalisinin 29,7 faizini təşkil edir.
Xocalılılar
üçün Goranboy
rayonunun ərazisində 4 yeni
qəsəbə salınıb. Səfalı dağların qoynunda Aşağı Ağcakənd,
Yuxarı Ağcakən, Börü və
Meşəli yaşayış məntəqələri elə
uzaqdan diqqəti cəlb edir.
Goranboydakı Xocalı məhəlləsi də
günü-gündən böyüyür,
genişlənir. Xocalı köçkünlərinin
kütləvi şəkildə məskunlaşdıqları Mərdəkandakı
"Günəşli", Sabunçudakı
"Qızıl qum" sanatoriyaları,
evtikmə komibatının Binəqədidəki pansionatı,
Gəncə Dövlət Universitetinin, humanitar və texniki kolleclərin
yataqxanaları əsaslı təmir edilib.
Bakı
Dövlət Universitetinin və digər təhsil
müəssisələrinin yataqxanalarında, təcili tibbi yardım stansiyasının
yarımçıq qalmış binasında, fərdi evlərdə
və başqa yerlərdə məskunlaşmış
məcburi köçkünlərin mənzil şəraitinin
yaxşılaşdırılması məqsədi ilə Abşeron
rayonundakı Masazır qəsəbəsinin ərazisində müvafiq sahələr ayrılıb.
Müxtəlif
yerlərdə yeni qəsəbələr
salınmaqla yanaşı sosial problemlər
də uğurla həll olunur.
Təzə yaşayış yerlərində 5 orta məktəb, 2 həkim ambulatoriyası, 1 klub icma-mərkəzi, bir
neçə inzibati bina,
habelə yanğından mühafizə deposu
istifadəyə verilib.
Aşağı
Ağcakənd qəsəbəsində, Börü
və Meşəli kəndlərində hər ailəyə
10, Yuxarı Ağcakənd qəsəbəsində isə 4 sot hesabı ilə həyatyanı torpaq sahəsi və hər ailə üçün 10 sot
biçənək yeri ayrılıb.
Digər problemlər də
uğurla həll olunur. Aşağı Ağcakəndə və ətraf məntəqələrə təbii
qaz xətti çəkilir. Meşəlidə isə 98 ailəyə artıq təbii qaz verilir. Yaxın günlərdə Aşağı
Ağcakənd qəsəbəsinin
və Börü kəndinin sakinləri də təbii qazla təmin ediləcəklər. Yeni yaşayış
məntəqələrinin hamısına telefon, su və elektrik
xətləri çəkilib,
Aşağı Ağcakənd
qəsəbəsində elektrik
yarımstansiyası istifadəyə
verilib.
Bu yerlərdə
yollara da xüsusi diqqət yetirilir. Qısa müddət ərzində
bu sahədə xeyli iş görülüb.
İndi isə Yuxarı Ağcakənd avtomobil yolunun əsaslı təmiri üçün
layihə smeta sənədləri hazırlanır.
Goranboyda Xocalının
məcburi köçkünləri
ilə görüş
zamanı Prezident İlham Əliyev demişdir: "Qaçqınların
və məcburi köçkünlərin problemlərinin
həllinə Azərbaycan
dövləti bundan sonra da bu
istiqamətdə öz
səylərini göstərəcəkdir.
Biz bu il
investisiya proqramı və Dövlət Neft Fondunun proqramı
çərçivəsində daha da böyük
işlər görəcəyik.
Eyni zamanda Prezidentin Ehtiyat Fondundan vaxtaşırı vəsait
ayrılır. Bax, bu binalar məhz Prezidentin Ehtiyat Fondundan ayrılmış
vəsait hesabına tikilmişdir. Bizim soydaşlarımız
narahat olmasınlar, köçkünlər üçün
tikilmiş bütün
binalar - istər mənzillər, istərsə
də fərdi evlər bu səviyyədə
olacaqdır".
Azərbaycan.-2011.-23
iyul.-S.1.