Yevlax Şəhər Mərkəzi
Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. 180 çarpayılıq Yevlax Şəhər
Mərkəzi Xəstəxanasının tikintisinə
başlamaq üçün Azərbaycan Respublikasının
2011-ci il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə
2,0 (iki) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni müəyyən
olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
22 iyul 2011-ci il
Azərbaycan.-2011.-23
iyul.-S.1.