S.Ə.Rzayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli
Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasında tikinti sahəsində
xidmətlərinə görə Sabir Ələkbər
oğlu Rzayevə Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
22 iyul 2011-ci il
Azərbaycan.-2011.-23
iyul.-S.1.